Icma.az
close
up
RU
Petrosyanın bəyanatları bu addımları bir daha təsdiqləyir

Petrosyanın bəyanatları bu addımları bir daha təsdiqləyir

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Parlamentlərarası İttifaq yanında İtaliya nümayəndə heyətinin sədr müavini, Deputatlar Palatasının Avropa İttifaqı Siyasəti Komitəsinin üzvü Alessia Ambrosi Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimlinin Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı ona yazdığı məktuba cavab göndərib. SİA xəbər verir ki, cavab məktubunda italiyalı parlamentari Azərbaycan xalqına qarşı Ermənistan Respublikası tərəfindən törədilən ciddi insan hüquqları pozuntuları ilə bağlı diqqətini çəkdiyinə görə Azər Kərimliyə təşəkkürünü bildirib.

Məktubda deyilir ki, “Parlamentlərarası İttifaq yanında İtaliya nümayəndə heyətinin sədr müavini olaraq, belə həssas məsələlərə, ədalət, suverenlik və insan hüquqları kimi fundamental dəyərlərə aid olan məsələlərə xüsusi məsuliyyətlə yanaşıram. Bunlar azad və demokratik Qərb dünyasının prinsiplərinə inananlar üçün əvəzedilməz sütunlardır.

Qaldırdığınız ittihamlar, xüsusilə etnik təmizləmə və azərbaycanlıların hüquqlarının sistematik şəkildə pozulması ilə bağlı məsələlər beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir. Zorakılıq aktları, məcburi köçkünlük və Azərbaycan mədəni irsinin məhv edilməsi insanlığa qarşı cinayətlərdir və bunlar diqqətdən kənarda qala bilməz. Ermənistanın siyasi xadimləri, o cümlədən Levon Ter-Petrosyan tərəfindən verilən bəyanatlar, etnik təmizləmə siyasətini həyata keçirmək üçün qəsdən atılmış addımları bir daha təsdiqləyir. Belə bir hərəkət heç bir halda əsaslandırıla bilməz.

Dünyanın sülh, sabitlik və beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə təcili ehtiyac duyduğu bir zamanda, nifrət və dözümsüzlük siyasətlərinin cəzasız qalmasına icazə verə bilmərik. Mən qəti şəkildə inanıram ki, Ermənistan öz əməllərinə görə cavab verməlidir və beynəlxalq ictimaiyyət qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək üçün konkret tədbirlərin görülməsini təmin etmək məqsədilə təzyiq göstərməlidir”.

Məktubda italiyalı parlamentari qeyd edir ki, o, Parlamentlərarası İttifaq yanında İtaliya nümayəndə heyətinin sədr müavini olaraq, İtaliya Parlamentində bu pozuntularla bağlı məlumatlılığı artırmaq və İtaliyanın, hüquq və azadlıqları müdafiə etmək ənənəsinə uyğun olaraq, bu ədalətsizliklərə qarşı qəti və aydın mövqe tutmasını təmin etmək üçün hər cür səy göstərəcək. Bildirilir ki, İtaliya, Avropa İttifaqı və beynəlxalq təşkilatlar Ermənistan hökuməti tərəfindən həyata keçirilən etnik təmizləmə və irqçilik siyasətinə qarşı vahid səslə çıxış etməlidirlər.

Məktubun sonunda vurğulanır ki, regionda sülhün bərqərar olunması və Azərbaycan xalqı üçün ədalətin təmin edilməsi ən yüksək səviyyədə səylərimizi tələb edən məqsədlərdir. İnsan hüquqlarının beşiyi olan Avropa bu cür pozuntulara laqeyd qala bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri