Icma.az
close
up
RU
İcmadan Petrosyanın çıxışına REAKSİYA

İcmadan Petrosyanın çıxışına REAKSİYA

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılmışdır. Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış bu ölkənin siyasi dairələrində dərindən kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir.

Modern.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

İcma əlavə şərh olmadan Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxışın mətnindən həmin hissənin çıxarışını olduğu kimi verib: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”.

Bəyanatda bildirilir ki, faktiki olaraq, Ermənistan “əhali yoxdursa, problem yoxdur” yanaşmasından çıxış edərək Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparmışdır. Bütün bunlar bir daha sübut edir ki, Levon Ter-Petrosyanın “erməni milli azadlıq mübarizəsi”ndən, Robert Koçaryan, Serj Sarqsyan kimi səhra komandirlərindən tutmuş “demokratik” Nikol Paşinyan hakimiyyətinə qədər Ermənistan dövlətçiliyinin mahiyyəti dəyişmir. Ermənistanın 1987-ci ildə başlatdığı münaqişənin məqsədi məhz etnik təmizləmə həyata keçirməklə monoetnik məkan yaratmaq, Azərbaycan əraziləri hesabına mifik “böyük Ermənistan” yaratmaq olub və indiki Ermənistan hakimiyyəti deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir.

“Hadisələrdən 30 ildən çox keçməsindən sonra belə Ermənistan cəmiyyətinin və erməni diasporunun Levon Ter-Petrosyanın yuxarıda qeyd edilən çıxışını dəstəkləməsi və ya ört-basdır etməyə çalışması biz Qərbi azərbaycanlıları olduqca məyus edir. Lakin Ermənistan bu sistematik qanlı cinayətlərin izini itirməyə, onları danmağa müvəffəq olmayacaq. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu irqçi siyasətini pisləməyə, onu Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırmağa dəvət edirik. Qərbi Azərbaycan İcması beynəlxalq hüquq çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi və Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz dədə-baba yurdlarına qayıdışını təmin etmək üçün öz səylərini davam etdirəcək”, - bəyanatda qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Yanvar 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri