Icma.az
close
up
RU
Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi ŞƏRH

Petrosyanın ifşası tam da zamanında gerçəkləşdi ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Albert İsakovun bu ifşa videosu ilə biz nəinki L.Ter-Petrosyanın özünü, hətta bütün keçmiş və indiki Ermənistan rəhbərlərini də sözün gerçək mənasında divara dirəyə, Ermənistan dövlətindən hesab sora bilərik"

"Albert İsakov heç bir başqa resursdan istifadə etmədən, sadəcə, özünün Yutub-kanalı vasitəsilə ermənilərin ən öndə gələn simalarını ifşa etməyə davam edir".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Bəybala Mirzəyev deyib. 


Ekspert bildirib ki, sıra Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyana da gəlib çatdı: 

"Özünü bütün dünyaya "sülh mələyi" kimi, “super demokrat” kimi sırıyan bu intellektual yırtıcının, irqçi türkəfobun 1993-cü il iyulun 23-də (Ağdamın işğal günü) erməni millətçiləri və “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında prezident qismində çıxışı zamanı etdiyi etiraflar gerçəkdən qan dondurur. Ter-Petrosyan bu çıxışı “azərbaycanlılarsız Ermənistan" və "azərbaycanlılarsız Qarabağ” planının Ermənistanın dövlət siyasətinin ana xəttini təşkil etdiyini təsdiqləyir. Tribunadan üzünü zaldakı terrorçulara tutaraq, “qardaşlarım” deyə xitab edən Ter-Petrosyan azərbaycanlıların Ermənistandan qovulmasını böyük uğur aslandırır və Ermənistanın yalnız bundan sonra həqiqi müstəqillik qazandığını bildirir. O, 1988-ci ildən etibarən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini təsdiqləyir və bildirir ki, həmin “hərəkata başlamasaydıq, ümumiyyətlə, Qarabağ məsələsi olmayacaqdı”. Ermənistanın eks-prezidenti həmin çıxışında Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlını xatırladaraq, Qərbi azərbaycanlıların Ermənistandakı mövcudluğunu Ermənistanın gələcəyi üçün potensial təhlükə mənbəyi kimi qiymətləndirir. Ter-Petrosyan həmin dövrdə əldə etdikləri ikinci uğur qismində  Azərbaycandan ermənilərin köçürülməsini göstərir: “Əgər onlar Azərbaycanda qalsaydı, Bakının əlində Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Birdəki, 300 min erməni Ermənistana gəlməklə demoqrafik problem də həll olundu, əhalimizin sayı artdı”".


Analitik qeyd edib ki, bu iblis siyasətçi üçüncü uğur qismində isə “siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini və hərbi baxımdan ideal iş gördüklərini” qeyd edir: 

"Bu da dolayısı yolla Xocalı soyqırımının törədilməsi və rayonlarımızın işğalının təsdiqi deməkdir. Beləliklə, Ter-Petrosyan Ermənistanda azərbaycanlıların çoxluq təşkil etməsinin Ermənistan üçün təhdid olduğunu, həmçinin Zəngəzurda və Qarabağda aparılan etnik təmizləmədə silahlı birliklərin rolunu açıq şəkildə etiraf edir. Albert İsakovun bu ifşa videosu ilə biz nəinki L.Ter-Petrosyanın özünü, hətta bütün keçmiş və indiki Ermənistan rəhbərlərini də sözün gerçək mənasında divara dirəyə, Ermənistan dövlətindən hesab sora bilərik. Bu ifşa tam da zamanında gerçəkləşdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri