Pevkur: Tərəfdaşlar Ukraynaya dəstəyi davam etdirməlidirlər
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın tərəfdaşları ona lazımi dəstəyi göstərməyə davam etməlidirlər.
Moderator.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur Kiyev Təhlükəsizlik Forumunda bildirib.
Onun sözlərinə görə, Ukrayna ətrafındakı vəziyyətə beynəlxalq diqqəti qoruyub saxlamaq və onun gələcək müdafiəsi üçün şəraiti təmin etmək vacibdir.
Pevkur xatırladıb ki, Estoniya hər il ÜDM-in azı 0,25 %-ni Ukraynaya hərbi yardım kimi ayırmağı öhdəsinə götürüb və gözlənildiyi kimi, cari ildə bu göstərici yenidən aşılacaq.
O həmçinin qeyd edib ki, PURL proqramı çərçivəsində 12 milyon avro məbləğindəki sonuncu yardım paketi lazımi avadanlıqların, o cümlədən ABŞ-nin iştirakı ilə tədarükünü təmin etməyə imkan verib.
Nazir əlavə edib ki, Tallin digər ölkələri Ukraynanı müqayisə olunan səviyyədə dəstəkləməyə çağırmağa davam edir.
Onun fikrincə, güclü və müstəqil Ukrayna təhlükəsizliyin əsas amili olaraq qalır, onun Aİ və NATO-ya inteqrasiyası isə mühüm əhəmiyyət kəsb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 23 Aprel 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















