Icma.az
close
up
RU
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi ÇƏMƏN OTU

Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi ÇƏMƏN OTU

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çəmən otu (digər dillərdə - xelba, xilba, fenuqrek, şambala və s.) bütün dünyada tanınır və həm müalicəvi məqsədlərlə, həm də qidalanmada geniş istifadə olunur.

Bu bitkinin çox qədim tarixi var.

Belə ki, hələ bizim eramızdan çox-çox əvvəl Qədim Misirdə çəmən otu doğuşu asanlaşdırmaq, laktasiyanı gücləndirmək və yanıqları müalicə etmək üçün istifadə edirdilər ki, bu da qədim papiruslarda öz əksini tapıb.

Dahi Hippokrat da çəmən otunun müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirirdi və müxtəlif xəstəliklər zamanı tövsiyə edirdi.

İbn Sinanın (Avisenna) yazılarında da çəmən otunun müalicəvi xüsusiyyətləri haqqında məlumatlar var. Dahi təbib bu bitkinin köməyi ilə boğaz ağrısı, öskürək, mədə və bağırsaq xəstəliklərini müalicə edirdi.  

Qədim Yunanıstanda bu bitkinin toxumlarını yarışlardan əvvəl qladiatorlar və atletlər yeyirdi. Belə hesab olunurdu ki, çəmən otunun toxumları insana əlavə güc verir.

Ərəb təbibləri güclü antiseptik xüsusiyyətlərə malik olan çəmət otunu yara və irinliklərin müalicəsində istifadə edirdilər. Ərəb təbibləri çəmən otu haqqında deyirdilər ki, “insanlar onun faydası bilsəydilər qızıl qiymətinə alardılar”.  

Məhəmməd Peyğəmbər (s.ə.s.) də bu bitkinin müalicəvi xüsusiyyətlərini bilirdi və şəfa tapmaq üçün ondan istifadə etməyi tövsiyə edirdi.

Orta əsrlərdə Avropada çəmən otunun köməyi ilə sonsuzluğu və... keçəlləşməni müalicə edirdilər.  

Saglamolun.az bildirir ki, çəmən otu toxumları zülal və karbohidratlarla zəngindir. Həmçinin onların tərkibində bir çox sağlamlığımız üçün vacib maddələr var: kalium, fosfor, maqnezium, kalisium, dəmir, A, C, B qrupu vitaminləri, fol turşusu, yağlı turşular, bioflavonoidlər, fitosterollar və s. Alimlər onun tərkibini balıq yağına bənzədirlər.

Çəmən otu və onun toxumu bir çox xəstəliklər və pozulmalar zamanı yardım edir:

- şəkəri və xolesterini salır

- damarları təmizləyir

- qaraciyərin fəaliyyətini yaxşılaşdırır

- mədə-bağırsaq sisteminə müsbət təsir edir

- iltihabları azaldır

- orqanizmi möhkəmləndirir

- nəfəs yollarını təmizləyir, öskürəyi müalicə edir

- potensiyanı gücləndirir

- qadınlarda hormonal pozulmaları zamanı kömək edir

- sakitləşdirir

- qanazlığı zamanı faydalıdır

- tərləməni və bədəndən gələn pis qoxunu azaldır

- saçların tökülməsini azaldır, saçları daha gözəl və qalın edir.

Müalicəvi məqsədlərlə çəmən otunun həm yarpaqları, həm də toxumları istifadə olunur. Yarpaqları adi çay kimi dəmləyib içmək yaxşıdır (1 x.q. ot + 1 stəkan isti su). Belə çay soyuqdəymə və qripp zamanı qızdırmanı salır, xəstənin vəziyyətini yüngülləşdirir.

Toxumları üyütmək və 1 ç.q. olmaqla 1 stəkan suya əlavə edib içmək və ya balla qarışdırıb yemək olar.

Həmçinin üyüdülmüş çəmən otu toxumlarını yeməklərə və salatlara da əlavə etmək yaxşıdır.

Diqqət! Çəmən otunu çoxlu miqdarda qəbul etmək olmaz. Hamiləlik zamanı bu bitkinin istifadəsi qadağandır!

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri