Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Peyğəmbərimizin SAĞLAMLIQLA bağlı TÖVSİYƏLƏRİ

Peyğəmbərimizin SAĞLAMLIQLA bağlı TÖVSİYƏLƏRİ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Uşaqlıq dövrü insanın gələcək inkişafının təməlinin qoyulduğu çox önəmli bir dövrdür. Bu dövrdə qazanılan sağlamlıq vərdişləri insanın gələcək həyatında öz müsbət təsirini mütləq şəkildə biruzə verir.

Bu səbəbdən valideynlər sağlamlıq vərdişlərini nəinki özlərində yaratmalı, hətta öz uşaqlarına da bu vərdişləri erkən yaşlarından aşılamağı bacarmalıdırlar.

Hər mövzuda olduğu kimi sağlamlıq mövzusunda da bütün aləmlərə örnək olan Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) gündəlik vərdişlərinin təkcə ruhi və mənəvi cəhətdən deyil, həm də sağlamlıq – fiziki cəhətdən olan faydaları müasir dövrün sağlamlıq mütəxəssisləri tərəfindən elmi cəhətdən sübüt olunmaqda və tətbiq edilməkdədir. Günümüzə qədər gəlib çatan belə sağlamlıq vərdişlərindən bəzilərini təqdim edirik:

Erkən oyanmaq

Məhəmməd peyğəmbər (Allahın ona salavatı və salamı olsun) hər gün axşamdan erkən yatıb sübh namazının azanı ilə oyanardı və namazdan sonra yatmazdı. Elm sübut edir ki, erkən oyanmaq insanı daha da məhsuldar və eləcə də ruhi sağlam edir. Ola bilər ki, ilk vaxtlar tezdən oyanmaq çətin olsun, lakin uşaqlıqdan hətta ən azı 15 dəqiqə daha tez oyanmağı vərdiş etməklə siz özünüzün və övladınızın həyat keyfiyyətini artırmış olarsınız. Erkən durmağın faydalarından əlavə günorta yuxusunun da insan, xüsusən, uşaq sağlamlığına və inkişafına əhəmiyyəti sübuta yetirilmişdir

Az yemək

Həqiqətən də, çox yeməyi insanın özü-özünü zəhərləməsinə bənzədirlər. Alimlər çoxsaylı araşdırmalardan sonra əmin olmuşlar ki, insanın mədəsi dolu olmayanda dərindən və lazımi qaydada nəfəs almaq olduqca asanlaşır və oksigen maddələrin normal mübadiləsi və ciyərlərin tam təmizlənməsi üçün kifayət qədər orqanizmə daxil olur. Dərindən alınmayan nəfəs isə insan ömrünü qısaldır.

Peyğəmbəri yanaşma olan “mədənin üçdə biri yemək, üçdə biri maye, üçdə biri nəfəs üçün” konsepti isə hal-hazırda dünya dietoloqları tərəfindən geniş şəkildə tətbiq edilməkdə olan yaponların “hari haçi bu” konseptinə uyğun gəlir ki, bunun da mənası “mədənin 80%-i dolana qədər ye” deməkdir. Təəccüblü deyil ki, bu yemək qaydası dünyada ən uzun ömürlü insanların yaşadığı Yaponiyanın Okinava adasından qaynaqlanmışdır.

Tələsmədən yemək

Biz yenicə öyrənmişik ki, vücudumuzun beyninimizə “doyma” siqnalını ötürməsi üçün 20 dəqiqəlik vaxta ehtiyacı vardır. Tələsmədən yemək az miqdarda qida qəbul etməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Bizim Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) də bu yemək qaydasına riayət edib və ümmətinə tələsmədən yeməyi tövsiyə etmişdir. Həmçinin yeməyi sağ ilə yeyib, mayeni də eyni əl ilə qəbul etməyi bizə məsləhət bilmişdir.

Birlikdə yemək

Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) yeməyi təkbaşına deyil, başqaları ilə bölüşərək yeməyi tövsiyə etmişdir. Mütəxəssislər qeyd edir ki, birlikdə yemək və yeməyi paylaşmaq insanlarda stressi azaldır, ailə münasibətlərini möhkəmləndirir, uşaqlarda özünə inam və ailəyə bağlılıq hissini artırır və onlarda sağlam qida vərdişlərini yaradır. Həmçinin Məhəmməd peyğəmbər (Allahın ona salavatı və salamı olsun) heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə isə tənqid etmədən, susaraq yeməzdi.

Su içmək

Mötəbər qaynaqlarda bildirilir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) su içərkən üç dəfə nəfəs alıb, verərdi. Müasir elmi araşdırmalar göstərir ki, insan çoxlu miqdarda suyu qısa vaxt ərzində birbaşa içirsə, onda baş ağrısı, qanda elektrolitlərin disbalanslığı, bəzi hallarda isə başgicəllənmə müşahidə olunur. Suyu fasilə ilə qəbul etmək onu həzm etməyə və faydalarını əldə etməyə kömək edir.

Ballı su içmək

Qeyd olunur ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) soyuq su ilə qarışdırılmış bal içməyə vərdiş etmişdir. Bir çay qaşığı balı bir stəkan su ilə qarışdırdıqda 30% bal qarışımı alınır ki, bu da inanın qan plazması ilə eyni qatılıq deməkdir. Ballı su tez bir zamanda orqanizm tərəfindən qana sovrulur və bədəndə toplanan toksinlərin atılmasına kömək edir. İmuniteti yüksəldir, bədənə enerji verir, beynin daha iti çalışmasına yardım edir. Məhz bu səbəbdən uşaqlara (bala allergiyası olmayanlara) səhər dərsə getməmişdən öncə ballı su içməyi vərdiş halına salmaq gözəl olardı.

Bir araşdırma ballı suyun yüksək xolesterinə sahib olan insanların xolesterin səviyyəsini 2 saat içərisində 10%-ə qədər azalda bildiyini sübut etmişdir. Su və bal ürək xəstəlikləri və qan dövranı problemləri ilə mübarizədə çox yaxşı təbii vasitədir.

Üzü üstə yatmamaq

Həkimlər tövsiyə edir ki, onurğa sütununun çəkisinə görə təkcə böyüklər deyil, hətta kiçiklər də qarınları üzərində yatmamağa vərdiş etməlidirlər. Çünkü bu tərzdə yatmaq daxili orqanlara və onurğa sütununa mənfi təsir göstərir. Bu cəhətdən də analar onurğa sütünü tam inkişaf etməmiş uşaqlarına qarşı daha diqqətli olmalı və uşaqlıqdan övladlarını üzü üstə yatmamağa alışdırmağa çalışmalıdırlar.

Təmizliyə diqqət yetirmək

Məlumdur ki, təmizlik sağlamlığın vacib ünsürlərindəndir. Şəxsi gigiyenaya fikir vermək bir çox yüngül və ağır xəstəliklərin ən effektiv üsullarından biridir. Təmizliyə riayət etmək ciddi profilaktik mahiyyət daşıyır. Uşaqları kiçik yaşlardan ən azından Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) aşağıdakı tövsiyyələrinə alışdırmaq gərəkdir:

Yeməkdən əvvəl və sonra həmçinin yuxudan oyanan kimi əlləri yumaq.
Yeməkdən sonra ağızı yaxalamaq.
Dırnaqları kəsmək.
Dişləri gündə dəfələrlə təmizləmək.

Gördündüyü kimi, mükəmməl texnoloji tibbi avadanlıqlar və investisiyalar hesabına əldə edilən müasir sağlamlıq bilikləri bütün bu şərtlərin və texnoloji imkanların olmadığı bir zamanda – təqribən 1400 il əvvəl Peyğəmbərimizə (Allahın ona salavatı və salamı olsun) Allahın ona bəxş etdiyi ağıl və vəhy sayəsində bildirilmişdir. Biz də bir ümmət olaraq Onu (Allahın ona salavatı və salamı olsun) özümüzə örnək bilməliyik.

Hazırladı: Ülviyyə Mirzəyeva

Vib.az

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri