Peyindən də içməli su emal olunacaq: Elə bir üsul hazırlandı ki...
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Rusiyalı ixtiraçı Vladimir Qorbaşov Milli Texniki Təşəbbüs (NTI) proqramının dəstəyi ilə kənd təsərrüfatı müəssisələrinin çirkab sularının qoxusunu təmizləmək və aradan qaldırmaq üçün yeni üsul kəşf edib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat "İzvestiya" nəşrində verilib.
Bildirilib ki, yeni inkişaf peyini içməli su vəziyyətinə qədər emal etməyə imkan verəcək. Prosesdə kimyəvi reaksiyalar və xüsusi elektrik dəyirmanı istifadə olunur. Kompleks az enerji sərf edir və səmərəli işləyir. Əldə olunan suyu qorxmadan içmək olar.
"İşlənmə suyun bioloji təmizlənməsindən sonra təmizləyici qurğularda qalan çöküntü lil - kir problemini həll edəcək. İndi o, kənd təsərrüfatı sənayesində, məsələn, donuzçuluq fermalarında və süd komplekslərində istifadə oluna bilər", - deyə layihə müəllifi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 İyul 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















