Peyk görüntüləri YAYILDI Rusiya Su 35 ləri İrana yox, bu ölkəyə VERDİ FOTO
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Əlcəzairin "Su-35 Flanker M" tipli ən azı bir döyüş təyyarəsi aldığı peyk görüntüləri ilə təsdiqlənib.
Turkustan.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu təyyarə əvvəlcə Misir üçün istehsal olunub, lakin sonradan Əlcəzairin "Ayn Beyda" aviabazasına göndərilib. Bu, təyyarənin İrana veriləcəyi ilə bağlı yayılan ilkin məlumatları təkzib edir.
Təyyarənin daşınması 2025-ci ilin mart ayının əvvəlində Rusiyaya məxsus "An-124" hərbi nəqliyyat təyyarəsi ilə həyata keçirilib. Martın 10-da əldə olunan peyk şəkillərində isə "Su-35"in artıq Əlcəzair hərbi nişanları ilə görüntüləndiyi məlum olub.
Bundan əlavə, Rusiyadakı zavodlarda Əlcəzair nişanları daşıyan daha dörd "Su-35" təyyarəsinin mövcudluğu da təsdiqlənib. Bu isə yaxın gələcəkdə əlavə təyyarələrin də təhvil veriləcəyini göstərir.
Əlcəzair hava qüvvələri artıq "Su-30MKA" təyyarələrindən istifadə edir və 2025-ci ilin fevralında beşinci nəsil "Su-57 Felon" təyyarələri üçün sifariş verdiyi təsdiqlənib. "Su-35"lərin alınması ölkənin yüksək texnologiyalı hərbi hava donanmasını daha da gücləndirəcək. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 10 Aprel 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















