Pezeşkian: Hicabın zorla tətbiq edilməsini düzgün hesab etmirəm
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran prezidenti Məsud Pezeşkian Fox News-a müsahibəsində bildirib ki, Qərbin İranın “dinc nüvə proqramı” ilə bağlı irəli sürdüyü ittihamlar əsassızdır.
Metbuat.az İSNA-ya istinadən xəbər verir ki, Prezident vurğulayıb ki, İran nüvə silahı əldə etmək niyyətində deyil və beynəlxalq hüquq çərçivəsində xalqlar və qonşularla sülh və dialoq axtarır:
“Beynəlxalq problemlərin ən uğurlu həlli qarşılıqlı danışıqlardır. Amerika isə regionda və ölkəmizdə iğtişaşlar yaratmaq istəyir”.
Pezeşkian sözlərinə əsasən, Tehran dünyanın bütün ölkələri ilə normal əlaqələr qurmaq niyyətindədir və nə ölkə daxilində, nə də xaricdə iğtişaş yaratmaq istəmir.
O, hicab məsələsinə toxunaraq deyib: “Mən məcburiyyətə inanmıram və hicabın zorla tətbiq edilməsini düzgün hesab etmirəm. Bizim izlədiyimiz siyasətdə belə bir məcburiyyət yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 04 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















