İslam əleyhdarı alman faşistləri minarə, azan və hicabın qadağan edilməsini tələb edirlər
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fevralın 23-də Almaniyada keçiriləcək növbədənkənar ümumi seçkilərdə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının kanslerliyə namizədi Alice Vaydel, həftə sonu Riesada keçirilən qurultayda elan etdiyi partiyanın proqramında İslam əleyhinə mövqeyini bir daha səsləndirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bizimyol.info "hürriyet"ə istinadən xəbər verir ki, Vaydel minarələri, azanları və hicabları qadağan etməyə çağırıb.
AfD-nin seçki proqramındakı bəzi vəd və tələblər aşağıdakılardır:
“Minarələrin tikilməsinə, azan oxunmasına qadağa qoyulmalıdır. “İctimai yerlərdə, xüsusən də məktəblərdə hicab taxmaq qadağan edilməlidir”. Həmçinin Almaniya vətəndaşlığı olan valideynlərə Almaniyada doğulan uşaqlara Almaniya vətəndaşlığının verilməsi və digər mühacir mənşəli uşaqların Almaniya vətəndaşlığına gedən yolunun bağlanması da proqrama daxil edilib.Almaniyada enerji istehlakının yüzdə 60-ı külək və günəş enerjisi kimi yenilənə bilən enerjidən olsa da, Vaydel, təbiətə zərər verdiyi səbəbiylə turbinləri sökəcəklərini açıqlayıb.Rusiyaya qarşı sanksiyaların ləğvi, Çin və ABŞ ilə münasibətlərin yaxşılaşdırılması və məcburi hərbi xidmətin yenidən həyata keçirilməsini əhatə edən proqrama NATO-ya alternativ olaraq Avropada xüsusi “hərbi qüvvə”nin yaradılması da daxil edilib.Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:Yaşlanma əleyhdarı olan qidalar...
28 Fevral 2025 21:16
Zəngəzur dəhlizinin saysız əleyhdarı var, ancaq...
09 Avqust 2025 17:27
Ukraynanın ifrat tərəfdarını Kiyevə yardımın əleyhdarı
17 Yanvar 2025 11:49
Keşiş müharibə əleyhdarı olan fəalı həbs etdirib
11 Noyabr 2024 14:59
Azərbaycan əleyhdarı daha bir lider istefaya gedir
06 Yanvar 2025 16:30
Baxış sayı:82
Bu xəbər 14 Yanvar 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















