Pezeşkian: İsrailə daha ağrılı və sarsıdıcı cavablar veriləcək
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Müharibəni biz başlamadıq, lakin qətiyyətlə cavab verdik. Əgər bu təcavüzlər təkrarlanarsa, daha ağrılı və sarsıdıcı cavablar veriləcək.”
APA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian əlavə edib ki, “Sülh, təhlükəsizlik və sabitlik istəyən hər bir ölkə təcavüzə qarşı mübarizə cəbhəsində dayanmalıdır.”
O, həmçinin bildirib ki, “İraq hökuməti öz sərhədlərini və hava məkanını daha ciddi nəzarət altında saxlamalıdır ki, İraq ərazisindən İran İslam Respublikasına qarşı sui-istifadə edilməsin.”
İran Prezidenti bir daha İslam ölkələrinin təcavüzlərə qarşı ortaq məsuliyyət daşıdığını vurğulayıb.
Öz növbəsində, İraq Baş naziri əl-Sudani, İsrailin hücumları nəticəsində şəhid olmuş İranın yüksək rütbəli hərbi komandirləri və günahsız insanların itkisinə görə başsağlığı verib, və bildirib:
“Biz sizin yanınızdayıq və İran İslam Respublikası ilə eyni səngərdə dayanırıq. Təcavüzü qətiyyətlə pisləyirik.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















