Icma.az
close
up
RU
Pezeşkian: Mən ləyaqəti ölümdən və ya şəhidlikdən qorxmuram MÜSAHİBƏ

Pezeşkian: Mən ləyaqəti ölümdən və ya şəhidlikdən qorxmuram MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Biz heç bir müharibənin davam etməsini istəmirik. Mənim şüarım dostluğu gücləndirmək, qonşularımızla və dünya ilə sülh və əmin-amanlıq yaratmaqdır”.
Modern.az-ın məlumatına görə, bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian amerikalı şərhçi və mühafizəkar tok-şou aparıcısı Taker Karlsona müsahibəsində deyib.
“ABŞ prezidenti Donald Trampın fikrincə, İran nüvə proqramdan əl çəkməyincə, sülhə nail olmaq mümkün olmayacaq. Sülh naminə İran İslam Respublikasının nüvə proqramından imtina etməyə hazırsınızmı” sualına Pezeşkian belə cavab verib:

"Reallıq budur ki, 1992-ci ildən bəri İsrailin baş naziri Netanyahu ardıcıl olaraq İranı nüvə silahı əldə etmək niyyətində olan ölkə kimi göstərməyə çalışır. Vəzifəyə gələn hər bir ABŞ prezidenti bu yalanı eşidib. Netanyahu ABŞ prezidentlərini bu yalana inandırmağa çalışıb – guya, İran nüvə silahı əldə etmək istəyir. Biz heç vaxt nüvə silahı əldə etmək niyyətində deyilik. Bu, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin verdiyi bir dini fərmandır ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığımız tərəfindən təsdiqlənir”.
Pezeşkian İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmasını belə izah edib.

“Biz danışıqlar masası arxasında idik. ABŞ prezidenti bizdən sülhün bərqərar olması üçün danışıqlara getməyimizi xahiş etmişdi. Həmin danışıqlar zamanı bizə dedilər ki, ABŞ-ın icazəsi olmadan İsrail heç bir hücuma başlamayacaq. Bununla belə, altıncı raunddan bir qədər əvvəl - biz hələ danışıqlar apararkən - Netanyahu praktiki olaraq diplomatiya masasını heçə saydı. Biz danışıqlara girməyə və yoxlama haqqında razılığa gəlməyə hazırıq, lakin ABŞ-ın nüvə obyektlərimizə vurduğu zərbədən sonra bir çox obyektlər və avadanlıqlar dağıdıldı və onlara girişin yenidən mümkün olub-olmayacağına baxmalıyıq”.
İran Prezidenti bildirib ki, Tehran hər zaman əməkdaşlığa hazır olub və MAQATE-yə onun mandatı altında olan bütün obyektləri yoxlamağa icazə verib:
“Agentliyin son hesabatı İsrailə nüvə obyektlərimizə qeyri-qanuni hücumlar təşkil etmək üçün bəhanə verdikdə inamsızlıq daha da artdı. Təəssüf ki, MAQATE bizim NPT çərçivəsində qəbul etdiyimiz, öz nəzarəti altında olan obyektlərə edilən bu hücumu belə qınamadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, qəbuledilməzdir və xalqımızda Agentliyə qarşı ciddi inamsızlıq yaradıb”.
 

Pezeşkianın sözlərinə görə, İran diplomatiya yoluna qayıtmağa hazırdı:
"Məncə, biz problemlərimizi dialoq yolu ilə asanlıqla həll edə bilərdik. Danışıqların çərçivəsi beynəlxalq hüquqa və dövlətlərin hüquqlarına əsaslana bilər. Bizim beynəlxalq hüquqa hörmətdən başqa heç bir tələbimiz olmayıb və hələ də var. Bölgəni xaosa salan Netanyahudur. Biz bu gün kiçik dünyamızda sülh axtarırıq. Bizim xalqımız özünü müdafiə etmək qabiliyyətinə malikdir”.
Prezident Pezeşkian əlavə edib ki, İranın danışıqlarla bağlı heç bir problemi yoxdur:
“Amma İsrailin bölgədə və ölkəmizə qarşı törətdiyi vəhşiliklər, onun hərbi cinayətləri, generallarımızın öz evlərində qətlə yetirilməsinə, alimlərimizin ailələri və uşaqları ilə birlikdə öldürülməsinə, günahsız mülki insanların məhvinə, yaşayış binalarının dağıdılmasına səbəb olub. Biz ümid edirik ki, bu rüsvayçılığın öhdəsindən gəldikdən sonra yenidən danışıqlar masasına qayıtmaq mümkün olacaq”.
Məsud Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini də bildirib:

"Cəhd edildi, tədbirlər görüldü. Amma biz inanırıq ki, Allah istəsə, insan sağ qalacaq, olmasa da, yeriyəndə də həlak ola bilər. Biz xalqımızı, müstəqilliyimizi, torpağımızın azadlığını son nəfəsimizə qədər müdafiə etməyə hazırıq, ölümdən də qorxmuruq”.
Karlson: “Əgər icazə versəniz, bu mövzuya bir daha qayıtmaq istərdim. Hələlik ABŞ-ın sizə sui-qəsd cəhdi ilə bağlı heç bir rəsmi məlumat yoxdur və bu fakt heç bir rəsmi qurum tərəfindən təsdiqlənməyib. Zəhmət olmasa, bu məsələ ilə bağlı əlavə açıqlama verə bilərsinizmi?”

Prezident Pezeşkian: “Bunu ABŞ deyil, İsrail həyata keçirib. Onlar öz casuslarının topladığı məlumatlardan istifadə edərək binamızı bombalayanda biz oradakı iclasda proqramlarımızı nəzərdən keçirirdik. Amma Allah istəməsə, heç nə baş vermir. Biz heç vaxt ölkəmizin müstəqilliyi və ləyaqəti yolunda ölümdən və ya şəhidlikdən qorxmamışıq”.
Karlson: “ABŞ-da bir çox insan hələ də İrandan qorxur və İranın ABŞ-a nüvə bombası ilə hücum edə biləcəyindən narahatdır. Onlar İranda bəzi insanların “Amerikaya ölüm!” şüarı səsləndirdiyi və ABŞ-ı “Böyük şeytan” adlandırdığı videoları görürlər. Sizcə, bu narahatlıqlar realdırmı? Amerika xalqı İrandan qorxmalıdırmı?”

Prezident Pezeşkian: "Mən inanmıram ki, bu, İranın düzgün görüntüsüdür. Son 200 ildə bir dəfə də olsun İran başqa ölkəyə hücum etməyib. "Amerikaya ölüm”" şüarları heç bir halda Amerika xalqına, hətta rəsmilərə aid deyil. Bu, "cinayətə ölüm", "bölgəni məhv edən siyasətə ölüm" deməkdir. Siz heç bir iranlının ABŞ-da terror aktı törətdiyini görmüsünüzmü?”
Karlson: “İranın iki tanınmış yüksək səviyyəli din xadimi ABŞ prezidenti Donald Trampa qarşı fətva verib. Sizcə, bu fətvaların mənası və əhəmiyyəti nədir?”

Prezident Pezeşkian: "Bildiyim qədər, heç bir konkret şəxsə qarşı heç bir fətva verilməyib. Qeyd olunan fətvaların da - aydınlaşdırım ki, hökumətə və ya ali rəhbərə heç bir aidiyyəti yoxdur - sadəcə olaraq alimlər öz fikirlərini ifadə edirdilər, lakin şübhəsiz ki, heç vaxt qətl və ya təhdid nəzərdə tutmayıblar”.

Karlson: “İran vətəndaşlarının əhəmiyyətli bir hissəsinin ABŞ-da yaşadığını nəzərə alsaq, bəziləri bu şəxslərin ABŞ ərazisində zorakılıq və ya terror aktları həyata keçirmək üçün sizdən əmr almağı gözləyən “yatmış hüceyrələr” və ya “gizli agentlə”r olduğuna inanırlar. Siz buradan onlara mesaj göndərərək, Birləşmiş Ştatların ərazisində hər hansı zorakı hərəkətlərdən çəkinmələrini xahiş etmək istərdinizmi?”

Prezident Pezeşkian: "Düzünü desəm, qaldırdığınız məqamların çoxu bir iranlı kimi ilk dəfə eşitdiyim şeylərdir. Siz ABŞ-da yaşayan iranlılardan elm, bilik, mədəniyyət və empatiyadan başqa bir şey görmüsünüzmü? Bunlar İsrailin və münaqişə, qeyri-sabitlik təşviq etməyə çalışanların uydurmasıdır. Onlar ictimaiyyəti qorxutmağa çalışırlar".
Karlson: “Cənab prezident, son sualım kimi soruşa bilərəmmi: İran İslam Respublikasına qarşı daha geniş müharibə başlayacağı təqdirdə, Çin və Rusiya da daxil olmaqla İranın müttəfiqlərinin İrana iqtisadi və ya hərbi dəstək vermə ehtimalı nə qədərdir? Və belə bir dəstəyi gözləyirsinizmi?”

Prezident Pezeşkian: "Bizim üçün ən önəmlisi Allaha olan inancımız və əqidəmizdir. Bizim özümüzü müdafiə etmək qabiliyyətimiz var və lazım gələrsə, ölkəmizi və ərazi bütövlüyümüzü qorumaq üçün son nəfəsimizə qədər dayanacağıq. Biz müharibə istəmirik. Biz dəfələrlə demişik ki, nüvə silahı əldə etməyə çalışmırıq. Məncə, biz hamımız sülh və sabitliyə doğru hərəkət etməliyik - əgər ABŞ prezidenti belə bir gələcək istəyirsə, bu yolu davam etdirə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see131

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see131

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see128

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see126

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see125

Enerjinizi tükədən səhər yeməkləri

07 İyul 2025 13:06see120

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see120

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see119

Paşinyan “Hraparak”ı məhkəməyə verdi

06 İyul 2025 19:03see119

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see118

Yanvarın əvvəlində Sabah ın direktoru əlaqə saxladı və onunla bütün detalları müzakirə etdik

06 İyul 2025 22:12see118

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

07 İyul 2025 04:46see118

Ucarda ağır qəza: üç nəfər...

06 İyul 2025 19:55see117

Ermənistanda rəhbər şəxslər saxlanıldı

07 İyul 2025 12:52see117

Azərbaycan millisindən ardıcıl ikinci məğlubiyyət

06 İyul 2025 22:12see116

Peskov Makronu təriflədi: Onun Putinlə danışığı...

06 İyul 2025 17:56see115

Keyptaunda minlərlə sakin daşqın səbəbilə evsiz qalıb

06 İyul 2025 23:50see115

İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib KONKRET

06 İyul 2025 22:10see114

Kişi yeməyini suyunu alırsa, daha nə istəyirsən?! Nardaran sakini müasir gəlinləri topa tutdu

06 İyul 2025 23:48see113

Dünyadan köçən yaxşı insanları gözüm dolaraq xatırlayıram Elçin

08 İyul 2025 00:28see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri