Pezeşkian: Müharibədən qazanc əldə edilməsinə icazə verməyəcəyik
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hökumət bəzi insanların müharibə şəraitindən istifadə edərək əhalinin dolanışığına təzyiq göstərməsinə imkan verməyəcək.
"AzPolitika" IRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.
"Biz bəzi insanların müharibə şəraitindən istifadə edərək xalqın dolanışığına zərər vurmasına, iqtisadi sarsıntılar yaratmasına və qanunsuz hərəkətlər yolu ilə qeyri-qanuni mənfəət əldə etməsinə icazə verməyəcəyik", — deyə o bildirib.
Pezeşkian qeyd edib ki, İran düşmənlərinin əsas məqsədlərindən biri iqtisadiyyatı sarsıtmaq və yaşayış şəraitinə təzyiqi artırmaqdır. O əlavə edib ki, hakimiyyət həm istehsalçıları, həm də istehlakçıları qoruyaraq tədarükü təmin etməlidir.
O, həmçinin ehtiyatların toplanmasının (stokçuluq) və qiymətlərin nəzarətsiz artımının qarşısını almaq üçün tədarük və paylama zəncirlərinə daha sərt nəzarət etməyə çağırıb. Pezeşkian vurğulayıb ki, ixracın və qonşu ölkələrlə ticarətin artırılması iqtisadi davamlılığın gücləndirilməsində əsas amildir.
"AzPolitika"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 May 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















