Icma.az
close
up
RU
Pezeşkian: Biz döyüşmək istəmirik, amma müharibədən qorxmuruq

Pezeşkian: Biz döyüşmək istəmirik, amma müharibədən qorxmuruq

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İran prezidenti Məsud Pezeşkian deyib ki, Tehran müharibəyə can atmır, lakin bu ölkə İsrail və ya ABŞ-ın hücumu halında “həlledici müqavimət” göstərməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, o bu barədə mətbuata müsahibəsində deyib.

"Amerika və İsrail İranı parçalamaq və məhv etmək istəyir, lakin heç bir iranlı bunu istəmir. Biz döyüşmək istəmirik, amma müharibədən qorxmuruq", - deyə Pezeşkian vurğulayıb.

O, əlavə edib ki, “inqilabın ilk günlərindən düşmənlər sui-qəsdlər, çevrilişlər və ölkənin parçalanmasına can atıblar”, lakin respublika öz düşmənlərinə qarşı “möhkəm dayanıb”.

Pezeşkian həmçinin "Avropa üçlüyü"nün nüvə proqramı ilə əlaqədar İrana qarşı sanksiyaların geri qaytarılması mexanizmini bərpa etmək üçün 30 günlük prosesə başlamaq barədə atdığı son addımları müzakirə edib. O, müsahibəsində bildirib ki, Avropanın İrana qarşı iddiaları “hüquqi baxımdan əsassızdır”. Pezeşkianın sözlərinə görə, İran “snapback”i aktivləşdirməyə çalışmır və bunun qarşısını almaq üçün hər cür səy göstərib”.

Xatırladaq ki, “Avropa üçlüyü” ölkələri BMT-nin iclasında İranın üç tələbi yerinə yetirməsi şərti ilə sanksiyaların qaytarılmasını altı ay müddətinə təxirə salmağı təklif etmişdilər: BAEA müfəttişlərinin çıxışının bərpası, zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məsələlərin həlli və ABŞ-la danışıqlara başlamaq.

Lakin İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bu təklifi “qeyri-real ilkin şərtlərlə dolu” olduğunu bildirərək rədd edib.

Bunun əvəzinə, onun sözlərinə görə, Qərb ölkələri İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində BMT və Qərbin sanksiyalarını ləğv edən 2015-ci il nüvə sazişini təsbit edən “2231 saylı qətnamənin qısamüddətli, qeyd-şərtsiz uzadılmasını” qəbul etməlidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri