Pezeşkian: Problemlərimizi özümüz həll edə bilərik”
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ərdəbil Azərbaycan və Ermənistanla yaxınlığının imkanlarından istifadə etməlidir”
İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətində sərmayədarlar və sahibkarlarla görüşündə deyib ki, ölkənin mövcud problemləri daxili imkanlar hesabına həll oluna bilər. AYNA.AZ bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.
"Problemlərimizi özümüz həll edə bilərik. Nefti və qazı olmayan və onları almaq məcburiyyətində olan ölkələr belə yaşayır. Biz də öz gücümüzə arxalanmalıyıq. Əgər nefti sata bilmiriksə, bu, öz ayaqlarımız üzərində dayana bilməyəcəyimiz anlamına gəlmir. İstehsalda və sənayedə yaradıcı yanaşmalarımız var", - Pezeşkian vurğulayıb.
Prezident Ərdəbil vilayətinin coğrafi mövqeyinə də diqqət çəkib: "Əyalətinizə fərqli baxın. Siz Azərbaycanla həmsərhədsiniz, Ermənistanla yaxınsınız və dəniz yolları ilə başqa ölkələrlə əlaqə yaratmaq imkanlarınız var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 11 Sentyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















