Icma.az
close
up
RU
Samir Abasov: “Problemlərimizi bilirik”

Samir Abasov: “Problemlərimizi bilirik”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Sabah” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi:

– Finala yüksələcəyinizə inamınız var?
– 100 faiz var. Böyük hesabı demirəm, belə hesab hər şeyi həll etmir. Cavab matçına da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz budur. Bəzi şeyləri dəyişdirməliyik. Azından bəzi epizodları yaxşılaşdırmalıyıq. Heç olmasa, bu oyunlar üçün. Birəbir mübarizələrdə rəqibə çox uduzduq.

– Bu heyət finala çıxmaq üçün yetərlidir?
– Bu, başqa mövzudur. İndi onu desəm, danışsam, incələməyə başlasam, məsələ özü də şişəcək. Qarşıda 8 tur var. Mən tərəfdən bu məsələləri incələsəm, yersiz olar. Problemlərimizi, boşluqlarımızı bilirik. Düşünmürəm ki, problemlər 8 tura başa çatsın. Amma indiki futbolçularla bağlı nəsə desəm, mövzu “şişəcək”. Mövsümün sonun gözləyək.

– Vasili Berezutski dedi ki, 14 nəfərə qarşı oynadıq. O, həm “Neftçi”ni, həm də hakimləri nəzərdə tuturdu…
– Ehtiyat skamyada da etirazlarını görürdüm. Bunu görməmək mümkün deyil. Nəyə etiraz edirdilər, dəqiqə bilmirəm. Həmkarımın danışıqlarına da fikir bildirmək istəmirəm. Yersiz olardı.

– Oyundan, yoxsa keyfiyyətdən narazı?
– Oyundan narazı qalmadım. Birinci hissədəki elementləri yaxşı edirdik, epizodlar da yaradırdıq. Keyfiyyət deyəndə, incələməliyik. Bu haqda hələ danışmayım. Mövsümün sonuna qədər oyunlarımız var. Müdafiəmiz çox bərbaddır. Birəbir olduğumuz epizodları uduzuruq, rəqibin hücumları ilə bitir. Bunun qarşısını bir-birimizi sığortalamaq və çox epizod yaradıb, qol vurmaqla qarşısını ala bilərik. Bunu da bacarmırıq. “Araz-Naxçıvan”la görüşdə 4 epizod yaratmışıq, sıfır qolla çıxırıqsa, problemimizdir. Qarşıdakı oyunlara baxacağıq.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Aprel 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri