Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Pezeşkian şeir deməkdənsə, konkret qərarlar ortaya qoysun

Pezeşkian şeir deməkdənsə, konkret qərarlar ortaya qoysun

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İran Prezidentlərinin o qədər də böyük səlahiyyətləri yoxdur. Bütün prezidentlərə, xüsusilə də islahatçı adına fəaliyyət göstərən prezidentlərə dar çərçivə müəyyənləşdirilir. Pezeşkian da Azərbaycan türkü olduğu üçün bu məsələyə xüsusilə yanaşılır. Bir tərəfdə Xamneinin və onun komandası, başqa bir tərəfdə Məsud bəyə və onun komandasına qarşı olan inqilab mühafizəçiləri, yəni SEPAH qüvvələri var. Ona görə də bu gün o qədər dar bir çərçivədə "üzmək" məcburiyyətində qalan Pezeşkian zaman-zaman bu cür demarşlarla xüsusi mesaj vermək, problemin olduğunu anlatmaq istəyir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri İran Prezidenti Məsud Pezeşkianın qatıldığı proqramda məşhur Təbriz şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” şeirini oxuyarkən sözünün kəsilməsini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Pezeşkian Azərbaycan dilinin nə qədər məhdudlaşdırıldığını, ancaq bununla belə hələ məhv olmadığını, hələ də yaşadığını göstərmək və bir türk oğlu türk olduğunu nümayiş etdirmək istəyir:

"Ancaq bu, həm də insanların bilavasitə mənəvi, psixoloji anlamda hissləri ilə oynamaq xarakteri də daşıyır. Yəni bir şeir söyləmək ola bilsin ki, yaddaşları təzələyir. Ancaq bir şeir söyləmək Azərbaycan dilinin bir dövlət dili olmaq statusunu ortaya qoymur, İranda Azərbaycan məktəblərinin formalaşmasına kömək etmir, bunu da nəzərə almaq lazımdır. Yəni sadəcə bir söz, fikir və jestlərin hamısı daha çox siyasi dəstək xarakteri daşıyır ki, ən azından çoxluq təşkil edən bir toplumu İran dövləti ətrafında konkret qayələr ətrafında birləşdirmək mümkün olsun".

Politoloqun sözlərinə görə, İran dövləti bu gün çox böyük təhlükə ilə üz-üzədir:

"Toplumu konsolidə etmək lazımdır. Çünki xalq parçalanmış vəziyyətdədir, İran rejiminə qarşıdır. O baxımdan, əslində Məsud bəyin hakimiyyətə gəlməsində də təxminən bu siyasi maraqlar güdülmüşdür ki, yenidən cəmiyyəti böyük ciddi dəyişikliklər gözləntisi altında konsolidə etmək, birləşdirmək mümkün olsun. Buna görə də zaman-zaman bu cür şeirləri, fikirləri, işlədilən ifadələri təxminən bir də bu kontekstdə dəyərləndirmək lazımdır. Yəni bundan uzağa gedilmir. Məsələn, Məsud bəyin dönəmində konkret hər hansı bir Azərbaycan məktəbinin açılması ilə bağlı siyasi qərar varmı? Yoxdur. Dili ilə bağlı varmı? Yoxdur. Yəni hər hansı bir siyasi addım və qərar olmadığı yerdə şeirlərin səslənməsi, bu, situativ bir hadisədir və iki gündən sonra yaddan çıxacaq. Ona görə Pezeşkian şeirlər söyləməkdənsə, konkret fəaliyyət proqramları və qərarlar ortaya qoysun. Biz bu gün bunu görmürük", - deyə Natiq Miri vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri