Icma.az
close
up
RU
13 yaşlı SEVGİ

13 yaşlı SEVGİ

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fiziki qüsurlu olsa da, insanlığa mübarizə aparmağın formulunu təqdim edir

Sekkel sindromu ilə yaşayan qızın inadkarlığı dünyanın diqqətini çəkdi

“13 yaşlı Sevgi artıq illərdir Sekkel diaqnozu ilə mübarizə aparır. Onu 7 yaşından tanıyanlar bu müddətdə kiçik qızın necə böyük yol qət etdiyinin şahidi olublar. Reabilitasiya prosesi çətin olsa da, Sevginin ən güclü dayağı - anası Ayişə xanım heç vaxt ümidini itirməyib”. Bu barədə sosial şəbəkədə paylaşım edilib. Əlilliyi olan şəxslərin Beynəlxalq Günüdür deyə, bu paylaşımı diqqət mərkəzinə çəkməyi lazım bildik. Bir insanı digərindən fərqləndirən fiziki amillər deyil, ləyaqət və şərəfi, savadı, intellektidir. 13 yaşlı Sevgi fiziki qüsurlu olsa da, insanlığa mübarizə aparmağın formulunu təqdim edir.    

“Ayişə xanım bu gün Sevginin durumundakı sevindirici irəliləyişlə bağlı səsli mesaj göndərib: “Sevgi yemək yeyəndə elə bil heç bir xəstəliyi yoxdur. O çox xoşbəxtdir. Sevgi hazırda evdə təhsil alır. Amma anası onun hər gün məktəb ləvazimatları ilə yanaşı məktəb formasını da geyinməsini vacib sayır. Ayişə xanıma görə bu, Sevginin dərslərə motivasiyasını artırır və ona “mən də məktəblilər kimi oxuyuram” hissini yaşadır. Kiçik qəhrəmanın qarşısında hələ uzun reabilitasiya yolu dayanır. İl ərzində ən azı iki dəfə müalicə alması tələb olunur ki, xəstəlik ağırlaşmasın. Amma Sevginin artıq öz uğur hekayəsi var — iradəsi, gülüşü və inadkarlığı ilə ilham verən bir hekayə”.

Sekkel sindromu nədir? Bu, "quş başlı sindrom" kimi tanınan, nadir irsi genetik xəstəlikdir və xüsusiyyətləri arasında doğuşdan əvvəl başlayan ciddi daxili və sonrakı böyümənin ləngiməsi, mikrocefalik (kiçik baş), ciddi əqli gerilik, "quş dimdiyinə" bənzər burun, böyük gözlər və xüsusi üz forması vardır. Bu sindromun müalicəsi yoxdur, ləngimənin, əqli geriliyin və digər əlamətlərin idarə olunması üçün yalnız simptomatik və dəstəkləyici müalicə tətbiq olunur. Sindrom zamanı daxili və doğumdan sonrakı böyümənin ləngiməsi, nəticədə karlıqla nəticələnir. Ciddi əqli gerilik, bir çox hallarda IQ-nun 50-dən aşağı olması. Bəzən qulaqların biçimsizliyi, aşağı yerləşməsi, dişlərdə pozğunluqlar, sümük sistemində qüsurlar (məsələn, çanaq və dirsək çıxıqları), əl və ayaqlarda bəzi qüsurlar, məsələn, kiçik barmaq əyilməsi müşahidə edilir. Nadir hallarda qan (pancitopeniya), ürək, endokrin və sinir sistemi pozğunluqları ola bilər. Sekkel sindromu autosomul-rezessiv irsi xəstəlikdir və genetik mutasiyalardan qaynaqlanır. Sindromun qarşısını almaq mümkün olmur. Çünki genetik mutasiyadan qaynaqlanır. Ailə planlaşdırması zamanı genetik məsləhətləşmə vacibdir. Qadının hamiləlik dövründə düzgün monitorinq və uşaqda hər hansı bir əlamət aşkarlandıqda dərhal həkimə müraciət etmək vacibdir.

Bunu da qeyd edək ki, 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see336

Livitt istefa verdi

13 Avqust 2026 00:16see250

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see204

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see203

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see177

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see175

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see170

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see168

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see168

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see166

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see166

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see166

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see163

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see162

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see161

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see149

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see148

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see146

Fidan Liviyada böhrandan çıxış yollarını müzakirə edib

13 Avqust 2026 02:25see143

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri