Icma.az
close
up
RU
Pezeşkian xalqa açıq mesaj verdi ŞƏRHÇİ

Pezeşkian xalqa açıq mesaj verdi ŞƏRHÇİ

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 İran Prezidenti indiyədək heç bir rəsmi dövlət adamının etiraf etmədiyi reallıqları, həqiqəti deyib

İran Prezidenti Məsud Pezeşkian maraqlı açıqlama ilə çıxış edib. Pezeşkian ölkə rəhbəri olsa da, istədiklərini edə bilmədiyini etiraf edib. Bildirib ki, prezident olsa da, nəyinsə dəyişəcəyinə əsla inanmır: "İnsanların məndən gözləntisi başa düşürəm ki, çoxdur, amma ki, məndə təəssüf ki, sehirli çubuq yoxdur. Reallıq isə başqadır, daha ağırdır". O qeyd edib ki, xalqa verdiyi bir çox vədi yerinə yetirmək istəyir, lakin maneələrlə üzləşir: ""Bir çox işləri görmək istəyirəm. Amma buna bizdəki siyasi sistemin mahiyyəti imkan vermir. Ölkə artıq tam dalana dirənib, böhrandan çıxışın ideyaları da tükənib. Əgər qonşuların bir çoxu bizdən ehtiyat edirsə, deməli, oturub düşünmək lazımdır ki, bu niyə belədir". İran prezidenti etiraf edib ki, ölkəsi, əslində, ciddi xaosun içərisindədir: "Ölkədə elə bir böhran var ki, yalandan hər şey yaxşıdır demək olmur. Ölkədə elə bir idarəetmə problemi var ki, günahkar ABŞ, ya sionist rejim də demək mümkün deyil. Çünki hər şeydən də əvvəl problem bizim içimizdədir, biz özümüzük".

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Sherg.az-a bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın ölkənin siyasi sistemi ilə bağlı etirafları, əslində, xalq qarşısında həqiqətlərin real təsviri və təsdiqidir. Siyasi şərhçinin sözlərinə görə, ölkədəki rejimin islahata getməməsi, daha da mühafizəkarlıq və təəssübkeşlik nümayiş etdirməsi prezidentin də imkanlarını məhdudlaşdırır:

"Həmçinin, quruluşun orta əsr metodlarına uyğun mövcudluğu xalqın seçdiyi prezidentə əhatəli səlahiyyətlər vermir. Ona görə də Pezeşkian vədlərini yerinə yetirə bilmir. Hesab edirəm ki, prezident açıq mesaj verib ki, hazırkı sistem bu formada qaldıqca, o, heç nə edə bilməyəcək. Hətta sehirli çubuğunun olmadığını deyib. Yəni xalqın özü öz taleyini həll etməlidir. Prezident Pezeşkianın "böhrandan çıxış üçün ideyalar da tükənib" deməsi eyni zamanda özünü sığortalamaq xarakteri daşıyır. İndiyədək İranın ideoloji-siyasi sisteminin şüubiyyə məfkurəsi (fars islamı) əsasında formalaşdığını deyərək həqiqətləri üzə çıxardığımızda bir qrup Qum mollası xurafatçı təəssübkeşlə bizə "sionist" deyirdi. İndi dediklərimizi İranın öz prezidenti daha yüksək tribunadan səsləndirir. Yəqin onun da haqqında "sionist" damğası hazırlayacaqlar".

Analitik vurğulayıb ki, M.Pezeşkian indiyədək heç bir rəsmi dövlət adamının etiraf etmədiyi reallıqları, həqiqəti deyib:

"Vaxtilə Xomeyninin özündən sonra varis elan etdiyi Ayətullah Hüseynəli Müntəziri inqilabdan sonra rejimin bəhailəri, sünniləri, zeydiləri, kommunistləri və Təbriz əsilli Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarlarını məhkəməsiz işıq dirəklərindən asdığı zaman hökuməti tənqid etmişdi. Demişdi ki, "gücə, zülmə, öldürməyə əsaslanan bir rejim lənətlənmiş və qanunsuzdur". Bundan sonra rejim onu əbədi dustaq edərək məhvinə nail oldu. Mərhum Ayətullah Burqui də rejimin iç üzünü açanlardan idi, o da ev dustaqlığında öldü. Ümid edək ki, İran xalqı özü seçdiyi prezidenti belə aqibətlə üzləşmək təhlükəsindən qoruyacaq. Prezident aydın şəkildə bildirir ki, hakimiyyət daxili problemləri kənara qoyaraq "Qum nağılları" əsasında dünyanı fəth etmək eşqi ilə xalqın pullarını silaha, sursata, cəfəng təbliğata sərf edir. Məsələn, vaxtilə Suriyadakı Əsəd rejimini qorumaq üçün sərf olunan milyardlar xalqın ağır duruma düşməsinə səbəb olub. Hətta şəhərlər susuzluqdan əziyyət çəkir. Prezident hələlik mümkün olduğu qədər danışa bilib. Onun bu çıxışının birbaşa xalqa mesaj olduğunu düşünürəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri