Pezeşkian xalqa “qənaət” müraciəti etdi
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian enerjidən istifadəyə qənaətlə bağlı yenidən vətəndaşlara müraciət edib.
Axar.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında yazıb.
“Yaxın günlərdə havanın temperaturunun aşağı düşəcəyi ilə bağlı Meteorologiya Təşkilatının proqnozlarını nəzərə alaraq, xalqdan səmimi şəkildə xahiş edirəm ki, bu mərhələni uğurla keçə bilməyimiz üçün bu soyuq günlərdə hökumətlə əməkdaşlıq edib, enerji təchizatının idarə olunmasında bizə bir daha dəstək versinlər”, - Prezident bildirib.
Vətəndaşlar sosial media şəbəkəsində Pezeşkianın bu müraciətinə sərt reaksiya verib, onu enerji problemini həll etmək əvəzinə insanları qənaətə və dözümlülüyə çağırmasını tənqid ediblər.
Qeyd edək ki, Məsud Pezeşkian seçkiqabağı təbliğat kampaniyasında enerji çatışmazlığını da aradan qaldıracağına söz verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















