Pezeşkiandan Arakçı ilə bağlı şok addım: Qalibafla birləşib...
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranda yüksək səviyyədə siyasi böhran yaşandığı iddia olunur.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, ölkə prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibaf xarici işlər naziri Abbas Arakçının istefasını tələb edir.
İddialara əsasən, Arakçı ABŞ-la aparılan danışıqlarda siyasi rəhbərliyə tam məlumat vermədən hərəkət edib və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əhməd Vahidinin təlimatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib.
Mənbələrin bildirdiyinə görə, son iki həftə ərzində xarici işlər naziri prezidentə məlumat vermədən addımlar atıb. Bu vəziyyətin Məsud Pezeşkianı ciddi şəkildə narazı saldığı qeyd olunur.
İddialara görə, prezident yaxın çevrəsinə bildirib ki, bu cür hallar davam edərsə, Abbas Arakçı vəzifəsindən uzaqlaşdırıla bilər.
Məsələ ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib. Hadisə ölkə daxilində siyasi balans və qərarvermə mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















