Pezeşkiandan orduya tapşırıq: separatçılara aman verməyin!
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian ölkənin silahlı qüvvələrini separatçılarla qətiyyətli davranmağa çağırıb.
Modern.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, Pezeşkian bu həlledici günlərdə İslam quruluşunun yanında olan Kürdüstan əyalətinin sakinlərinə təşəkkür edib.
Pezeşkian vurğulayıb ki, əyalət qubernatoru və ölkənin silahlı qüvvələri separatçıların hər hansı bir hərəkətinə qarşı qətiyyətlə mübarizə aparmağa borcludurlar.
Qeyd edək ki, yayılan məlumatlara görə, İran kürd qrupları hakimiyyət qüvvələrinə mümkün hücuma hazırlıq məqsədilə addımlar atmağa hazırlaşırlar. Qeyd olunur ki, İran kürd qüvvələri İsrailin Mossad təşkilatı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənir. Məqsəd İran hakimiyyətini zəiflətmək üçün İran daxilindəki kürd bölgəsində üsyana nail olmaqdır.
Baxış sayı:146
Bu xəbər 06 Mart 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















