Pezeşkianın Azərbaycanla bağlı açıqlaması gündəm oldu
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Azərbaycanla münasibətlərinə dair səslənən tənqidlərə cavab verib.
Globalinfo.az xəbər verir ki, o, İran üçün bütün qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətlərinin əsas prinsipi olduğunu bildirib.
“Biz bütün qonşularımızla qardaşıq. Aramızda yalnız quru sərhədi var. Hər kəsin öz evi var, amma suyumuz bir, torpağımız bir. Mənim bir evim, sənin bir evin var. Hər kəs öz evində hakimdir. Biz bütün qonşularımızla qardaşıq, qohumuq, yaxınıq”, – deyə Pezeşkian vurğulayıb.
İran prezidentinin bu fikirləri ölkə daxilində geniş müzakirələrə səbəb olub. Xüsusilə Azərbaycanla dostluq və mehriban qonşuluq münasibətlərinin önə çəkilməsi, bəzi siyasi dairələrin sərt reaksiyasına yol açıb. İran mediası yazır ki, Pezeşkianın bu çıxışı həm də Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmaq niyyətindən xəbər verir.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Avqust 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















