Pezeşkianın Azərbaycanla dostluq mesajı verməsi isterikaya səbəb oldu
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, İran parlamentinin Tehrandan olan deputatı Həmid Rəsai İran Prezidenri Məsud Pezeşkianın Azərbaycan barəsində sözlərindən sonra onu tənqid atəşinə tutub.
Rəsai deyib: "Cənab Pezeşkian, bəyanatlarınızda ehtiyatlı olub. Düşmənlərə bəhanə verməyin. Sizin Zəncana səfəriniz barəsində dediyiniz sözlər İran ilə Azərbaycana qarşı bədxahların dəyirmanına su tökür".
O, Azərbaycanı dəstəkləməyin İrana "həmişə baha başa gəldiyini, itkilərə səbəb olduğunu" iddia edib.
Pezeşkian demişdi: "Biz Azərbaycanla dost ola bilməsək, bunu bizim əvəzimizə İsrail edəcək. Demək, özümüz günahkarıq". Bu sözlər Rəsaiyə ağır təsir göstərib. Deputatın sözlərinə görə, bu, İranın ünvanına ittihamdır və Azərbaycanı İsrailin dostu kimi tanımaqdır. Deputat qəzəblənib: "İsrail Təbrizdə 60 nəfəri öldürdü, bir gün də Azərbaycan xalqını məhv edəcək?"
Həmid Rəsainin sözlərinə görə, İran Prezidenti postunu tutan şəxs "dövlətin maraqlarını qətiyyətlə qorumalı və xaricilərin təsiri altına düşməməlidir".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















