Pezeşkianın Ermənistanın ünvanına dedikləri diqqətlə izləniləcək
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İran Prezidenti Məsud Pezeşkianı İrəvanda gözləyirlər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Məsud Pezeşkianın İrəvana səfəri gözlənilir".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Pezeşkianın çıxışı diqqətlə izləniləcək:
"Məsud Pezeşkian Cənubi Qafqaz ölkələrindən ilk səfərini Azərbaycana edib və bu onun milli kimliyi baxımından təbii idi. Aydındır ki, İran Prezidenti Bakıda söylədiklərinin eynisini İrəvanda söyləyə bilməyəcək, Azərbaycan dilində “Heydərbabaya Salam” şeirini səsləndirməyəcək. Məsud Pezeşkian İrəvanda mehriban qonşuluqdan, iqtisadi əlaqələrin inkişafından danışacaq. Bütün hallarda Pezeşkianın Ermənistanın ünvanına söyləyəcəkləri Bakı ilə yanaşı, Təbriz və Ərdəbildə də diqqətlə izləniləcək".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 İyun 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















