Icma.az
close
up
RU
Prezidentin xəbərdarlıq mesajları ünvanına ÇATIB

Prezidentin xəbərdarlıq mesajları ünvanına ÇATIB

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə çıxışı zamanı bir sıra ciddi mesajlar verib. Ölkə başçısı müharibəyə hazır olmaqla bağlı da çağırış edib. O qeyd edib ki, şirin sözlərə aldanmaq olmaz, ayıq olmaq lazımdır. 
"Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb”,- ölkə başçısı deyib
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsuiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı dost və düşmən üçün mesaj olmalıdır:

“Azərbaycanın apardığı daxili və xarici siyasət müstəqil siyasətdir. Bu siyasətin prioritet istiqaməti Azərbaycan torpaqlarının tam suverenliyi, eyni zamanda ərazi bütövlüyü və Azərbaycan xalqının rifahıdır. Cənab Prezidentin son Kəlbəcər səfərində verdiyi növbəti bəyanat dost üçün də, düşmən üçün də mesaj olmalıdır. Məlum məsələdir ki, regional, eləcə də beynəlxalq səviyyədə baş verən son hadisələr, sülhün bərqərar olması istiqamətində atılan addımların bir nəticə verməməsi çox ciddi müzakirə obyektidir. Azərbaycan tərəfinin Vaşinqtonda verdiyi bəyanat, paraflanan maddələr bir daha göstərdi ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu sülhü pozmaq istəyən müəyyən qüvvələr isə çalışırlar ki, öz vasitəçilik missiyalarını ortaya qoysunlar, bununla hər iki tərəfi müəyyən qədər özlərinə uyğun siyasət yürütməyə vadar etsinlər, lakin bu mümkün deyil”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi və hərbi baxımdan bu gün baş verə biləcək bütün hadisələrin təhlilini apararaq, istənilən təhdidin qarşısını almağa hazırdır:

“Buna görə də həm dinc quruculuq işləri aparırıq, həm ərazi bütövlüyümüzün, əldə olunmuş suverenliyimizin qorunmasına daim hazırıq. Bu prosesləri bütün dünya görür. Hər hansı qeyri-adekvat addımlar atmağa çalışan dövlətlər bilməlidirlər ki, bizim dönməz daxili və xarici siyasətimiz var. Qarabağ müharibəsindən sonra bütün Silahlı Qüvvələrin - suda, quruda və havada döyüşən ordunun inkişafına önəm veririk. Bu, çox mühüm məsələdir. Düşünürəm, bütün dövlətlər bunu ən yüksək səviyyədə dərk etməlidirlər. 44 günlük müharibədə bir daha bunun şahidi oldular”.
 

Deputat Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə dövlət təhlükəsizliyi ilə bağlı çox ciddi mesajlar verib:

“Təbii ki, bu mesajların ünvanları bəllidir və lazımı yerlərdə çox diqqətlə dinlənilib. Bəli, biz sülh istəyirik, Ermənistanla razılaşdırlmış sülh gündəliyin müəllifi də Azərbaycandır. Biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatırıq. Bu hədəflərə uğurla addımlamağımız Prezident İlham Əliyevin rəhbərliyi altında baş verir.  Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistanla münasibətlər normallaşıb. Amma xalqımızın yaşadığı qanlı tarixi unuda bilmərik. Torpaqlarımızın işğalını, soyqırımlarını, dini-milli abidələrimizin məhv edilməsini, yaşayş məntəqələrini viran qoymasını heç vaxt unuda bilmərik. Bu qanlı tarixi nəinki özümüz yaddan çıxartmamalı, həm də gələcək nəsillərimizə ötürməliyik. Qəhrəman Azərbaycan xalqının şücaəti haqqında gələcək nəsillər bilməlidir. Dövlət başçımızın bu məsələni bütün görüşlərdə gündəmə gətirməsi xalqımızın milli mənəvi dəyərlərinin gücləndirilməsi və milli birliyinin sarsılmaz etməsi üçün vacibdir. Çünki dövlətimizə təhlükə həmişə olacaqdır. Bizim müstəqil siyasətimiz, qazandığımız qələbə və yaratdığımız reallıq çoxlarının yuxusunu ərşə çəkib. Bu baxımdan dövlət təhlükəsiliyinin gücləndirilməsi hər zaman vacib məsələlədir".

Parlamentari vurğulayıb ki, dövlət başçısının təhlükəsizliklə bağlı mesajı bizimlə güc dilində danışmağa çalışanlara ən düzgün cavabdır:

"Ölkə başçımızın qeyd etdiyi kimi, dövlət təhlükəsizliyimizin qarantı ancaq güclü ordumuzdur. Ona görə də quruda və suda ordumuzun döyüş qabiliyyəti artırılır. Ordumuz ən müasir silahlarla təchiz olunur.  Bəli, müasirləşdirilən silahların arasında təkmilləşən PUA-lar, Xəzərdə pilotsuz idarə olunan katerlər, müasir döyüş təyyarələri və s. var. Biz ordumuzu ancaq müasir texnikalarla təchiz etməklə kifayətlənmirik. Həm də peşekar komando ordu növünü formalaşdırmışıq və bu ordu növü qarşısına qoyduğu hər bir döyüş tapşırığını qısa zaman kəsiyində icra etməyə hazırdır. Dövlət başçımızın bu mesajları bizimlə güc dilində və təzyiq ritorikası ilə danışmağa çalışanlara ən düzgün cavabdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri