Icma.az
close
up
RU
“Pezeşkianın minnətdarlığını bildirməsi əhəmiyyətlidir” “Önəmli olan vəd etməsidir ki...”

“Pezeşkianın minnətdarlığını bildirməsi əhəmiyyətlidir” “Önəmli olan vəd etməsidir ki...”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“İran Prezidenti Məsud Pezeşkianın azərbaycanlı həmkarı İlham Əliyevə telefon zəngini müsbət qiymətləndirirəm. Kaş ki, bu zəng məlum hadisədən dərhal sonra edilərdi. Bütün hallarda Məsud Pezeşkianın telefon zəngi zamanı Azərbaycan Prezidentinin İranın dini lideri Əli Xameneinin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirməsi əhəmiyyətlidir”.

“AzPolitika” bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Ekspert hesab edir ki, Məsud Pezeşkianın Naxçıvanın dron atəşinə tutulması ilə bağlı insidentin hadisənin araşdırılacağını vurğulaması da vacibdir: “Doğrudur, İran Prezidenti yenə əvvəlki fikrini təkrarlayaraq insidentin İranla əlaqəsi olmadığını iddia edib. Önəmli olan Pezeşkianın məsələni araşdıracağını vəd etməsidir. Öz növbəsində telefon danışığı zamanı Prezident İlham Əliyevin İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığı verməsi ölkəmizin qonşuda müharibənin əleyhinə olduğunun göstəricisidir. Azərbaycan heç bir qonşu ölkə ilə gərginlik istəmir, əksinə ortaq layihələrin və qarşılıqlı əməkdaşlığın tərəfdarıyıq. Təsadüfi deyil ki, telefon söhbətindən dərhal sonra Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub”.

Politoloqun sözlərinə görə, önəmli olan olan İrandakı bütün qüvvələrin Prezident Məsud Pezeşkianın Azərbaycanla tərəfdaş münasibətlərə çalışmasına əngəl olmamalarıdır.

“Təəssüf ki, həmin qüvvələr Prezidentə tabe deyillər. Ancaq onlar anlamalıdırlar ki, ölkəmiz əleyhinə təxribatlarını davam etdirsələr, həm Prezidentlərini pis vəziyyətdə qoyacaqlar, həm də Azərbaycanla bütün körpüləri yandıracaqlar. Bunun hansı mənfi nəticələrə gətirəcəyini anlamaları lazımdır”, - E.Şahinoğlu vurğulayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Mart 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri