Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb sürüdü
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Bu gün İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian dövlət televiziyasını tənqid edib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, o, dövlət televiziyasının ölkənin yüksəksəviyyəli şəxslərinin çıxışlarını ixtisar etməsini sual altına alıb.
"Niyə dövlət televiziyası hakimiyyətin əsas qollarının rəhbərlərinin (red. prezident, parlament sədri və məhkəmə sisteminin rəhbəri) çıxışlarının bəzi hissələrini yayımdan çıxarır? Dövlət televiziyasında kim qərar verir ki, onların çıxışlarının hansı hissələri efirə verilməməlidir?", - deyə o yazıb.
Pezeşkian, daha sonra istehzalı şəkildə əlavə edib: "Əgər belə bir müdrik şəxsimiz varsa və onun qərarı hakimiyyət qollarının rəhbərlərinin qərarından daha üstündürsə, elə ölkənin idarəçiliyini də ona həvalə edək. Axı su olduğu halda təyəmmüm etmək batildir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 İyul 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















