Pezeşkianın oğlu separatizmdə ittiham olundu “İrana olan sevgim şühbhəyə alınır”
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İrana olan sevgimin və ölkəmin bütövlüyünə inamımın şübhəyə aldıncağı günün nə vaxtsa yetişəcəyini heç düşünməzdim. Düşüncələrim və yazdıqlarımın separatizmlə ortaq bir nöqtəsi yoxdur".
Yenisabah.az xəbər verir ki, bunu X hesabında Yusif Pezeşkian yazıb.
İran prezidentinin oğlu əlavə edib: "Təbii ki, indi də yazdıqlarımı müdafiə edirəm".
Yusif Pezeşkianın bu tvitinə səbəb “Traktor” komandasının çempionluq qazanmasından sonra Təbrizdə keçirilən bayramlaşmada komandanın bəzi azarkeşlərinin davranışı ilə bağlı "X"-də yazı dərc etdiyi mətn olub. Bu tvit çoxsaylı və fərqli reaksiyalar doğurub.
O yazıb: “Mənim psixologiya üzrə təhsilim yoxdur, amma hesab edirəm ki, stadionlarda baş verən bəzi şeylər psixoloji aspektdən araşdırılmalıdır və bu, cəmiyyətin həyəcanı və enerji boşalması ilə bağlıdır. Ehtiyatlı olmaq lazımdır ki, fürsətçilərin vəziyyətdən istifadə etməsinə imkan verməyin. Tamaşaçılara pantürkist və separatçı damğası vurmaq Rəhbərliyin səhvidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 May 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















