Icma.az
close
up
RU
Pezeşkianın sözləri SEPAH ı silkələdi: Bakıya görə İrana gözlənilməz zərbə

Pezeşkianın sözləri SEPAH ı silkələdi: Bakıya görə İrana gözlənilməz zərbə

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ-da əldə olunan razılaşmaya münasibəti ölkədə birmənalı qarşılanmayıb. Pezeşkian bu barədə xəbərlərin İran mediasında şişirdildiyini, həmçinin razılaşdırılan həll yolunun İranın sərhədlərini pozmayacağını deyib.

Prezidentin sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qəzəbləndirib. Artıq SEPAH-a bağlı media Pezeşkianı tənqid edən məqalələr yayımlamağa başlayıb.

İranda iqtidarla idarəçi sistem arasındakı fikir ayrılığı Bakı üçün nə ilə nəticələnəcək? Pezeşkianın Azərbaycanla bağlı müsbət çağırışları onun liderliyinə problem yara bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, İran daxilində ciddi fikir ayrılıqları mövcuddur:

Həmçinin oxuyun:

Bakı və İrəvan arasında paraflanmış sülh mətni yayıldı – DETALLAR

“Pezeşkianın hakimiyyətinin ilk dövrlərində səsləndirdiyi fikirlər, Azərbaycana etdiyi iki səfər zamanı İran rəsmilərinin ölkəmizlə bağlı söylədiklərinə münasibəti və səfərlərdən sonra bəzi qüvvələrin “xəbərdaredici” açıqlamalarına verdiyi cavablar mövcud fikir ayrılıqlarını daha da dərinləşdirir. Pezeşkian İran xalqının səsləri ilə prezident seçilib. Bundan sonra formalaşan yeni hakimiyyətin siyasətinə qarşı belə bir mövqe sərgilənməsi, İkinci Qarabağ müharibəsi də daxil olmaqla, digər xoşagəlməz proseslərdə ölkələrarası münasibətlərin pisləşməsində kimlərin əlinin olduğunu açıq şəkildə göstərir. Azərbaycan-İran münasibətlərini gərginləşdirən addımların fitilini hansı qüvvələrin yandırdığı da göz önündədir. Bu isə Tehrana heç bir müsbət nəticə vəd etmir.


Xəyal Bəşirov

Pezeşkian son çıxışlarının birində qeyd edib ki, İran Azərbaycanla münasibətlərin pisləşməsinə görə günahı özündə axtarmalıdır. Bu, olduqca mühüm, diqqətçəkən yanaşmadır. Lakin Tehranda fəaliyyət göstərən bəzi qüvvələr açıq şəkildə iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlı olmadıqlarını nümayiş etdirirlər. Rəsmi Bakıya qarşı səsləndirilən əsassız iddialar da bu məqsədə xidmət edir. Beləliklə, İrana ən böyük zərbəni də məhz həmin qüvvələr vurmuş olur.

1979-cu ildə hakimiyyətə gələn mövcud rejimin atdığı bəzi addımlar nəticəsində ölkə siyasi, diplomatik, hərbi, mədəni və digər sahələrdə təcrid olunub, sanksiyalara məruz qalıb. Tehrana qarşı heç bir düşmənçiliyi olmayan və geosiyasi oyunlarda yer almayan Bakı niyə onunla münasibətləri korlamağa çalışsın? İran daxilində kənar qüvvələrin maraqlarına xidmət edənlər bu prosesin icrası ilə məşğuldurlar”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri