Icma.az
close
up
RU
“Pezeşkianın səfəri böyük siyasi hadisədir” Qüdrət Həsənquliyev

“Pezeşkianın səfəri böyük siyasi hadisədir” Qüdrət Həsənquliyev

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Pezeşkianın Bakıya səfəri öncəsi İran Ədliyyə Orqanı açıqladı ki, Azərbaycan səfirliyinə hücum etmiş qatilin edam olunması üçün hazırlıq işləri başa çatıb. İndiyə kimi edamın həyata keçirilməməsi zərəçəkmiş tərəfin bunun üçün rəsmən müraciət etməməsi olub. Bu məsələni şərh etmənizi istərdik...

- İlk öncə onu söyləyim ki, əgər biz bir xalq və dövlət olaraq ölüm hökmündən imtina etmişiksə, başqa dövlətdən bunu tələb etmək elan etdiyimiz dəyərlərə sadiq olmamağımız kimi qiymətləndirilə bilər. İkincisi, zərərçəkmiş şəxslər də bunda maraqlı olmamalıdırlar. Cinayət hadisəsinin necə baş verməsini əks etdirən video kadrlardan görsənir ki, polis cinayətin baş verməsinin qarşısını almır. Düşünmürəm ki, bu iş üzrə ədalətli və obyektiv araşdırma aparılıb. Ona görə onun öldürülməsi gələcəkdə həqiqətin üzə çıxarılmasını çətinləşdiriləcək.

- Pezeşkianın səfərinin nəticələrini necə qiymətləndirmək olar?

- Səfərin nəticələrini yüksək qiymətləndirirəm. Pezeşkianın gəlişi belə böyük siyasi hadisədir. Bu səfər qardaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açır. Gələcəkdə nə baş verəcəyini isə zaman göstərər. İran həm də bir türk dövlətidir, orada yaşayan əhalinin yarıya qədəri Azərbaycan türkləridir. Bizim ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz var. İran Türkiyə və digər türk dövlətləri qədər bizə yaxın olmalıdır. Səfər öncəsi Pezeşkianın Az.TV-yə verdiyi açıqlamada işğalçı Ermənistanla bizə eyni yanaşma sərgiləməsi və türk dilində danışmaması məni xeyli üzdü. Çünki beynəlxalq təcrübədə səfər etdiyin ölkənin xalqının dilini bilirsənsə, xüsusilə, həmin xalqın nümayəndəsisənsə, öz dilində ona müraciət etmək xalqına və səfər etdiyin ölkəyə böyük ehtiram və hörmət əlaməti hesab olunur. Amma onu da nəzərə almalıyıq ki, o farsca danışmağa müəyyən mənada məcburdur. Yoxsa ciddi problemlərlə üzləş bilər. Ola bilsin öncədən ona bu barədə xəbərdarlıq ediblər. Gördük ki, İranda Azərbaycan türkcəsində şeir dediyinə görə hansı təzyiqlərlə üzləşdi. Əlaqələrimiz bütün istiqamətlərdə daha da dərinləşməlidir. İran üzərindən Naxçıvana maneəsiz (gömrük və sərhəd yoxlamalarından kənar) gediş-gəliş təmin edilsə, bu əlaqələrin inkişafına xüsusi töhfə verərdi. İran vətəndaşları üçün viza rejimi aradan qaldırılmalı, xüsusilə, Cənubi Azərbaycandan olan gənclərin, İranda mümkün olmadığı üçün, Azərbaycan Respublikasında öz ana dillərində güzəştli şərtlərlə təhsil almalarına imkan yaradılmalıdır. Bu məqsədlə tələbələrin sayı barədə kvota müəyyən olunmalı, büdcədən vəsait ayrılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri