PFL artıq “Turan Tovuz”a güvənmir?
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Artıq xəbər verdiyimiz kimi, yenilənmə işlərindən sonra Tovuz şəhər stadionunun çempionat oyunlarını qəbul etməyə hazır olub-olmadığını müəyyənləşdirmək üçün PFL-dən gedəcək təftiş qrupunun da iştirakı ilə yoxlama oyunu keçiriləcək. Meydana “Turan Tovuz”un U-16 və U-17 komandaları çıxacaq. Yalnız həmin oyundan sonra stadionla bağlı yekun qərar veriləcək.
Belə çıxır ki, artıq PFL də “Turan Tovuz”a güvənmir, buna görə test oyunu keçirir. Axı noyabrda, yəni Tovuz klubu “Azərsun Arena”dan dogma məkana qayıdanda heç bir test oyunu-filan olmamışdı. Amma “Şamaxı” ilə oyunun start fitindən iki-üç dəqiqə sonra ot örtüyünün yararsız olduğu göründü.
Xatırladaq ki, “Turan Tovuz”un U-16 və U-17 komandaları arasındakı oyun aprelin 6-sı, saat 14.00-da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:160
Bu xəbər 04 Aprel 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















