Icma.az
close
up
RU
PFL Misli ilə yola davam edəcək

PFL Misli ilə yola davam edəcək

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

PFL ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Sport24.az xəbər verir ki, razılığa əsasən, 2025/2026-cı illər mövsümündə də "Misli" Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı "Misli Premyer Liqası" adlanacaq.

"Misli" hər zaman ölkədə idmanın, xüsusilə də futbolun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. "Misli"nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyarlaşdırılması baxımından əhəmiyyətli addımdır.

Dördüncü mövsümdür ki, davam edən əməkdaşlıq sayəsində liqaya maraq xeyli artıb, sponsorluq çərçivəsində keçirilən layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinə də böyük töhfə verib.

"Misli"nin Premyer Liqaya davamlı dəstəyi Azərbaycan futbolunda uzunmüddətli və dayanıqlı inkişaf üçün mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində futbolumuzun daha geniş auditoriyaya çıxması, azarkeşlərlə əlaqənin güclənməsi, liqada rəqabət qabiliyyətinin artırılması müşahidə edilir.

"Misli" - media əməkdaşlığı və ictimai tədbirlərlə futbolun daha geniş auditoriyaya çatmasına dəstək olur. Buna nümunə olaraq, Peşəkar Futbol Liqası ilə media sahəsində aparılan birgə işlərin futbolun televiziyada, saytlarda və rəqəmsal platformalarda daha geniş şəkildə yayılmasına imkan verməsini göstərmək mümkündür.

"Misli" - PFL tərəfdaşlığı idmanın ictimai dəyərini artırmaqla bərabər azarkeşlərlə klub, həmçinin milli futbol arasında əlaqəni möhkəmləndirir. "Misli"nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunda yeni inkişaf imkanlarını yaradır.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümü "Misli Premyer Liqası" avqustun 15-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri