Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Misli görünməmiş məhkəmə başlayıb: 37 gün davam edəcək

Misli görünməmiş məhkəmə başlayıb: 37 gün davam edəcək

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də texnologiya dünyasını silkələyə biləcək hadisə baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, "Meta" şirkətinə qarşı inhisarçılıq ittihamı ilə ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən açılmış məhkəmə işində şirkətin 2012-ci ildə aldığı “Instagram” və 2014-cü ildə sahibləndiyi “WhatsApp”-ı satması tələb olunur. ABŞ Federal Ticarət Komissiyası (FTC) “Meta”-nın nəzdində olan "Instagram" və "WhatsApp"-ın satışını tələb edən irihəcmli antiinhisar məhkəmə prosesinə start verib. Vaşinqtonda keçirilən bu məhkəmə texnologiya nəhənglərinə qarşı son illərin ən genişmiqyaslı hüquqi müdaxilələrindən biri hesab olunur. 

Proses nəticəsində "Meta"-nın sosial şəbəkələr sahəsindəki üstünlüyünün yenidən formalaşması ehtimalı var. FTC bildirir ki, "Meta”-nın 2012-ci ildə "Instagram"-ı 1 milyard dollara, 2014-cü ildə isə "WhatsApp"-ı 22 milyard dollara alması, bazarda rəqibləri sıradan çıxarmağa yönəlmiş uzunmüddətli planın bir hissəsi olub. Məhkəmə sənədlərində qeyd olunur ki, "Meta"-nın əsas məqsədi bazarda irəliləmə ehtimalı olan təhdidlərə rəqabət yolu ilə deyil, onları satın almaqla qarşılıq vermək və beləliklə vaxt qazanmaq olub. FTC "Meta"-nın baş icraçı direktoru Mark Zukerberqə aid daxili yazışmalarda yer alan “Almaq rəqabət aparmaqdan daha yaxşıdır” ifadəsini bu siyasətin açıq sübutu kimi məhkəməyə təqdim edib. Məhkəmənin ən çox 37 gün davam edəcəyi gözlənilir. Əvvəlcə "Meta"-nın ABŞ-də şəxsi sosial şəbəkələr bazarında inhisar yaradıb-yaratmadığı araşdırılacaq. FTC-nin fikrincə, "YouTube" və "TikTok" kimi məzmun mərkəzli platformalar "Facebook" kimi insanları bir-biri ilə əlaqələndirən sosial şəbəkələrlə eyni kateqoriyaya aid deyil. 

FTC-nin təqdim etdiyi məlumatlara görə, 2012–2020-ci illər ərzində “Facebook” şəxsi sosial şəbəkələrdə istifadəçilərin vaxtının 80 faizinə nəzarət edib. "Meta" bildirir ki, FTC bazar anlayışını süni şəkildə daraldır və real rəqabəti nəzərə almır. Şirkətin vəkilləri qeyd edirlər ki, "YouTube" və "TikTok" əhəmiyyətli rəqiblərdir. FTC istifadəçilərə və reklam verənlərə birbaşa zərər dəydiyini sübut edə bilmir. "Meta" hesab edir ki, bu tətbiqlərin bugünkü uğuru əsasən onun yatırdığı sərmayələrin nəticəsidir. Əgər məhkəmə "Meta"-nın əleyhinə qərar çıxararsa, "Instagram" və "WhatsApp"-ın satışına nəzarət edəcək müstəqil bir şəxs təyin oluna və "Meta"-nın yeni rəqib məhsullar hazırlaması da müvəqqəti olaraq dayandırıla bilər. FTC-nin təklif etdiyi tədbirlər yalnız satışla məhdudlaşmır, həmçinin məlumat mübadiləsi və texnoloji məhdudiyyətləri də əhatə edə bilər. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri