Piastri Səudiyyə Ərəbistanı Qran Prisininin qalıbı olub və “Formula 1” çempionatında liderliyə yüksəlib
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Səudiyyə Ərəbistanında keçirilən “Formula 1” çempionatının 5-ci turunda qalib gəlib. Oxuməni.az xəbər verir ki, bu barədə “Sportbox.ru” məlumat yayıb.
Piastri ikinci yerdən start götürüb və pit-stopdan sonra peletona (lider qrup) başçılıq edib. Pol-pozişin sahibi, hollandiyalı Maks Ferstappen (Red Bull) ikinci olub. İlk üçlüyü “Ferrari” pilotunun bu mövsüm podiuma ilk çıxması olan moneqasklı Çarlz Lekler tamamlayıb.
Britaniyalı “McLaren” pilotu Lando Norris onuncu yerdən dördüncü pilləyə qalxsa da, yarışın sonunda ümumi liderliyi (89 xal) itirib. İndi onun komanda yoldaşı Piastri mövsümə başçılıq edir (99 xal).
Ciddədə keçirilən yarışın ilk dövrəsində baş verən qəza “Red Bull” komandasının sürücüsü Yuki Tsunodanı və “Alpin” pilotu Pyer Qaslini yarışdan kənarlaşdırmağa məcbur edib.
Çempionatın növbəti mərhələsi mayın 2-dən 4-dək Mayamidə keçiriləcək.
Formula 1. Mərhələ 5. Səudiyyə Ərəbistanı Qran Prisi
Yarış. Ən yaxşı 10
1. Oskar Piastri (Avstraliya, McLaren) - 50 dövrə
2. Maks Ferstappen (Hollandiya, Red Bull) - +2,843
3. Çarlz Lekler (Monako, Ferrari) - +8,104
4. Lando Norris (Böyük Britaniya, McLaren) - +9,196
5. Corc Rassel (Böyük Britaniya, Mercedes) - +27.236
6. Kimi Antonelli (İtaliya, Mercedes) - +34,688
7. Lyuis Həmilton (Böyük Britaniya, Ferrari) - +39.073
8. Karlos Sayns (İspaniya, Williams) - +1,04,630
9. Alexander Albon (Tayland, Williams) - +1,06,515
10. İsaak Hadjar (Fransa, Racing Bulls) - 1.07.091.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 21 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















