Formula 1 Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" çempionatının beşinci mərhələsində, Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifat mərhələsində qalib gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat verib.
Qeyd olunur ki, son dörd "Formula-1" çempionatının qalibi mövsümün ikinci, karyerasında isə 42-ci poulunu qazanıb.
İkinci yeri "McLaren"dən avstraliyalı Oskar Piastri, üçüncü yeri isə "Mercedes"dən britaniyalı Corc Rassel tutub.
Üçüncü təsnifat seqmentində mövsümün lideri britaniyalı Lando Norrisin ("McLaren") avtomobili qəzaya uğrayıb və yarışda 10-cu yerdən start götürəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Qran Prisi yarışı aprelin 20-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Aprel 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















