Icma.az
close
up
RU
“Pillə 3” Respublika Tələbə Tamaşaları Festivalına yekun vurulub

“Pillə 3” Respublika Tələbə Tamaşaları Festivalına yekun vurulub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 iyun, AZƏRTAC

Akademik Milli Dram Teatrında Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən “Pillə 3” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədilə təşkil edilib. Təqdim edilən tamaşalar Azərbaycanda “Konstitusiya və Suverenlik İli”nə ithaf olunub.

İlk dəfə olaraq festival respublika səviyyəsində keçirilib. Belə ki, 21 tamaşadan 13-ü ADMİU-nun, 8-i isə digər ali təhsil müəssisələrinin olub. Onlar Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbidir.

ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi professor Ceyran Mahmudova çıxış edərək bu festivalın təkcə Mədəniyyət və İncəsənət Universitetinin deyil, digər ali təhsil müəssisələrinin də həyatında iz qoyduğunu bildirib: “Biz çox şadıq ki, budəfəki festivala digər universitetlərin rəhbərliyi, müəllim və tələbələri də maraq göstərirlər. Onların festivalda iştirakı bizim üçün sevindirici haldır. Çünki o tələbələrin heç biri incəsənətyönümlü təhsil almır. Onları bu səhnədə birləşdirən tək qüvvə isə qəlblərindəki sənət, teatr sevgisidir”.

Rektor çıxışında “Pillə” Tələbə Tamaşaları Festivalının öz arealını daha da genişləndirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Münsiflər heyətinin sədri - Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov çıxışında bir həftə davam edən festivalın çətin, amma zövqoxşayan təcrübə olduğunu deyib.

Sonra “Pillə 3” Festivalının beşgünlük videoicmalı nümayiş olunub.

Təşkilat komitəsinin üzvü - Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov çıxış edərək festivala maraq göstərən hər kəsə təşəkkürünü bildirib və festivalda iştirak edən bütün kollektivlərə sertifikat və hədiyyələr təqdim edib.

Gənc ekspertlərin adından Teatrşünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsi Ramilə Abdullazadə çıxış edərək festivalın onlar üçün də maraqlı təcrübə və unudulmaz xatirə olduğunu vurğulayıb. Daha sonra ADMİU-nun tələbə komandalarından gənc ekspertlər tərəfindən qalib seçilən kollektiv və tamaşanın adı açıqlanıb. ADMİU-nun Teatr sənəti fakültəsinin AS21B qrupu, N.Dumbadzenin “Ağ bayraqlar” tamaşası (quruluşçu rejissor: Fərhad İsrafilov) “Pillə 3” Respublika Tələbə Tamaşaları Festivalının Gənc Ekspertlərinin mükafatına layiq görülüb.

Tədbirdə sponsorlar Sahib Hüseynov, Nicat Rüstəmov çıxış edərək “Ən yaxşı qadın” və “Ən yaxşı kişi” rollarının qaliblərinin adlarını açıqlayıblar. Qeyd edilib ki, festivalda həm ADMİU-nun, həm də digər ali təhsil müəssisələrinin tələbə kollektivləri ayrılıqda, fərqli münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Ona görə də hər nominasiyada iki qalib müəyyənləşdirilib.

Azərbaycan Dillər Universitetinin tələbəsi Ruqiyyə Nəsirova, ADMİU-nun Teatr sənəti fakültəsinin AS23B qrupunun tələbəsi Mədinə Ağayeva “Ən yaxşı qadın rolu”, Azərbaycan Texniki Universitetinin tələbəsi Xəyal Abdullayev, ADMİU-nun Teatr sənəti fakültəsinin AS21B qrupunun tələbəsi Pərviz Soltanlı “Ən yaxşı kişi rolu” nominasiyası üzrə qalib seçiliblər.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev bu cür yaradıcı festivalların önəmindən danışıb, tələbələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Sonra İ.Babayev “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. Münsiflərin səsverməsinə əsasən, Bakı Dövlət Universitetinin “Ezop” tamaşası (quruluşçu rejissor: Vahid Orucoğlu) “Ən yaxşı tamaşa” seçilib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova ADMİU-nun tələbə komandaları arasında “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. Nəticələrə əsasən, ADMİU-nun “SABAH” mərkəzinin “Yay gecəsində yuxu” tamaşası (quruluşçu rejissor: Mikayıl Mikayılov) qalib elan edilib.

Qaliblər çıxış edərək öz təəssüratlarını bölüşüb, festivalın təşkilatçılarına təşəkkürlərini çatdırıblar. Onlara diplom, plaket, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.

Bədii hissədə ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrindən ibarət Xalq Çalğı Alətləri orkestrinin (dirijor Mustafazadə Rəvan), “Xəzər” Tələbə Xor kollektivi (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova), Teatr sənəti, Musiqi sənəti fakültələrinin tələbələri, Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və tələbələr, ADMİU-nun SABAH qruplarının tələbələri çıxış ediblər.

Qeyd edək ki,” Pillə 3” Respublika Tələbə Tamaşaları Festivalının açılış və bağlanış mərasimlərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, ssenari müəllifi Şəhanə Müşfiqdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri