Pilot kabinəsinə girməyə çalışan şəxs həbs edildi
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sankt-Peterburqda Moskva məhkəməsinin qərarı ilə Altay bölgəsindən olan hava xuliqanı həbs edilib.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Sankt-Peterburq Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.
İş materiallarına görə, martın 2-də həmin şəxs Novosibirskdən Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində olarkən ictimai asayişi pozub. Xüsusilə, o, digər sərnişinləri və ekipaj üzvlərini təhqir edərək pilot kabinəsinə soxulmağa cəhd edib. Narahatlıq edən şəxs stüardessaların sözlərinə məhəl qoymayıb. Stüardlar onu oturacağına qədər müşayiət etmək istəyəndə onlara müqavimət göstərib.
Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Kişi 2025-ci il mayın 3-nə kimi həbs edilib.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Mart 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















