Rumıniyada avtomobili ilə Rusiya səfirliyinə girməyə çalışan şəxs saxlanılıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniyada bir nəfər avtomobili ilə Rusiya səfirliyinin ərazisinə daxil olmağa çalışıb.
APA xəbər verir ki, bu barədə “Digi 24 TV” kanalı məlumat yayıb.
Səfirliyin təhlükəsizliyinin qorunmasına məsuliyyəti daşıyan Rumıniyanın jandarm qüvvələri sözügedən şəxsi saxlayıb.
İnsidentdən dərhal sonra Rumıniya Kəşfiyyat Xidmətinin əməkdaşları həmin əraziyə gəlib.
Saxlanılan şəxsin 53 yaşlı Rumıniya vətəndaşı olduğu məlum olub.
Aparılan qan analizi zamanı onun bədənində iki qadağan olunmuş maddə - benzodiazepin və amfitamin aşkarlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, ciddi maddi ziyan qeydə alınmayıb.

İsveçdə Rusiya səfirliyinə zorla girməyə çalışan şəxs saxlanılıb
28 Yanvar 2025 13:27
Pilot kabinəsinə girməyə çalışan şəxs həbs edildi
07 Mart 2025 18:16
Rumıniyada Rusiya ilə əlaqəyə görə 6 adam saxlanılıb
06 Mart 2025 15:56
Təyyarəyə cibində canlı tısbağa keçirməyə çalışan şəxs saxlanılıb
13 Mart 2025 10:44
Mənzillərə girməyə çalışan qadının kimliyi bilindi
05 Sentyabr 2025 17:03

