Icma.az
close
up
RU
Pilot və ekipaj üzvlərini təqlid etdi, 6 il ərzində 120 dəfə pulsuz uçdu

Pilot və ekipaj üzvlərini təqlid etdi, 6 il ərzində 120 dəfə pulsuz uçdu

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Floridada yaşayan bir şəxs altı il ərzində pilot və ekipaj üzvlərini təqlid edərək, 120-dən çox dəfə havayolu şirkətlərini aldadaraq pulsuz uçuşlar həyata keçirib.

Qaynarinfo xəbər verir ki, floridalı Tiron Aleksandr baş rolda Leonardo DiKaprionun yer aldığı "Catch Me If You Can" filmindən ilham alaraq altı il ərzində 30-dan çox pilot və uçuş heyəti üzvünü təqlid edib, 120-dən çox dəfə pulsuz uçub.

Əksər havayolu şirkətlərinin digər şirkətlərlə qarşılıqlı razılaşmaları mövcuddur. Bu razılaşmalar çərçivəsində işçilər daxili səfər rezervasiya sistemindən istifadə edərək müxtəlif havayolları ilə uçuşlar üçün bilet sifarişi verə bilirlər.

Aleksandr bu sistem barədə geniş məlumata malik olub. O, dələduzluq məqsədilə havayolu əməkdaşlarının şəxsiyyət məlumatlarını ələ keçirib.

Hətta havayolunda işlədiyini sübut etmək üçün onların nişan nömrələrini də oğurlayıb. Pulsuz uçuş sifarişi etmək üçün ümumilikdə 30 dəst şəxsiyyət məlumatından istifadə edib. Aleksandr sifarişləri "Spirit Airlines" şirkətinin işçilərə məxsus səfər portalı vasitəsilə həyata keçirib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Aleksandrın dələduzluq fəaliyyəti 2018-ci ildən 2024-cü ilədək davam edib. Məhkəmə sənədlərində qeyd olunur ki, Aleksandr özünü uçuş heyəti üzvü kimi təqdim edərək 120-dən çox pulsuz uçuş üçün sifariş verib.

Aleksandr teleqraf dələduzluğu, şəxsiyyət oğurluğu və müxtəlif havayollarına qarşı dələduzluq ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. O, 20 ilədək federal həbs və cərimə ilə üzləşə bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri