Pilotu hörümçək dişlədi: Təyyarə yerə enmək məcburiyyətində qalıb
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “İberia” aviaşirkətinin reysi inanılmaz hadisədən sonra gecikib. Belə ki, pilotu təsadüfən göyərtəyə çıxan hörümçək dişləyib.
Sfera.az bildirir ki, Almaniyanın Düsseldorf şəhərindən Madridin Barajas hava limanına uçan “İberia Airbus A320” təyyarəsinin göyərtəsində dramatik hadisə baş verib.
Pilotu hörümçək dişləyib və təyyarə eniş etmək məcburiyyətində qalıb. Pilotun hörümçəklərə qarşı allergiyası olduğu məlum olub.
Hörümçəyin həftənin əvvəlində Mərakeşin Kasablanka şəhərində dayanma zamanı təyyarəyə daxil olduğu güman edilir.
İspaniya paytaxtına çatdıqdan sonra təyyarə dezinfeksiya edilib və bu da üç saat gecikməyə səbəb olub. Pilot xəstəxanaya yerləşdirilsə də, vəziyyətinin yaxşı olduğu bildirilir.
Hörümçəyi daşıyan təyyarə keçən həftə Kasablankadan Madridə uçduqdan sonra Brüssel, Sürix və Tuluza da daxil olmaqla şəhərlərə eniş edib. Pilotlar dəyişsə də, amma sonda həşərat məhz hörümçəklərə qarşı allergiyası olanı dişləyib.
Xatırladaq ki, ötən ilin noyabrında baqaj bölməsindəki 130-dan çox hamster qəfəslərindən qaçaraq hava limanının hər yerində sürünməyə müvəffəq olduqdan sonra təyyarə beş gün gecikmişdi.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Fevral 2025 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















