Icma.az
close
up
RU
Ukraynanın “Hörümçək toru”nun irimiqyaslı təyyarə ovu

Ukraynanın “Hörümçək toru”nun irimiqyaslı təyyarə ovu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın hərbi aviasiya üstünlüyünə sarsıdıcı zərbə endirildi

İyunun 1-də Ukrayna tərəfindən Rusiyanın strateji aviasiyasına endirilmiş zərbə çoxşaxəli əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, bu hadisə münaqişənin hərbi, psixoloji və strateji aspektlərinə ciddi təsir göstərəcək. Eyni zamanda, bu əməliyyat strateji əhəmiyyətli hərbi bazaların təhlükəsizliyinə dair təsəvvürləri köklü şəkildə dəyişir.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyanın dərin arxa cəbhəsində yerləşən bombardmançı təyyarələrin məhv edilməsinə yönəlmiş genişmiqyaslı xüsusi əməliyyatı gündəmin əsas müzakirə mövzularındandır. KİV-in məlumatına görə, UTX eyni vaxtda Belaya, Dyagilevo, Olenya və İvanovo hərbi hava bazalarına PUA hücumları həyata keçirərək Rusiya Federasiyasının strateji aviasiya potensialına ciddi zərbə endirdi. İlkin məlumatlara əsasən, azı 41 ədəd Tu-160, Tu-22M3 və Tu-95 təyyarəsi sıradan çıxarıldı, ümumi itkilərin dəyəri isə yeddi milyard ABŞ dollarından çox qiymətləndirilir. Rusiya Müdafiə Nazirliyi də Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi hava obyektlərinə hücum faktını təsdiqləyir.

Strateji bombardmançı təyyarələr — xüsusən Tu-95MS və Tu-22M3 — Rusiyanın uzaqmənzilli raket hücumlarının əsas vektoru hesab olunur. Onlar Ukraynadakı kritik infrastruktur və hərbi obyektlərə qanadlı raketlər vasitəsilə zərbələr endirmək üçün istifadə edilir. Əgər 41 təyyarənin sıradan çıxarılması təsdiqlənərsə, bu, Rusiya aviasiyasının strateji komponentinin təxminən 34 faizinin itirilməsi anlamına gəlir. Bu isə kütləvi raket zərbələrinin intensivliyini kəskin şəkildə azalda bilər. Mütəxəssislər bildirirlər ki, Rusiya bundan sonra əvvəlki kimi hər gecə onlarca qanadlı raket buraxa bilməyəcək.

Strateji bombardmançıların istehsalı olduqca çətin və uzunmüddətli bir prosesdir. Əksər təyyarələr sovet dövründə istehsal olunmuşdur və onların əvəzlənməsi və ya əsaslı təmiri sanksiyalarla əhatələnmiş sənaye infrastrukturu şəraitində real olaraq mümkün görünmür. Bəzi hərbi analitiklərin fikrincə, belə təyyarələrin birinin bərpası bir ildən çox vaxt aparır, bəzilərinin əvəzlənməsi isə ümumiyyətlə mümkün deyil. Müşahidəçilər hesab edirlər ki, Tu-160 raketdaşıyıcılarının itirilməsi Rusiya üçün xüsusilə ağrılı olacaq - bu, Rusiya Hərbi Kosmik Qüvvələrinin ən bahalı və unikal təyyarəsidir.

Bununla bərabər, əgər A-50 tipli erkən xəbərdarlıq və nəzarət təyyarəsinin də məhv edilməsi faktı təsdiqlənərsə, bu, Rusiyanın hava əməliyyatlarını koordinasiya etmək və hədəfləri müəyyənləşdirmək qabiliyyətinə ciddi zərbə olacaq. Çünki A-50 Rusiyanın havadakı “göz və qulaqları” kimi tanınır və onun sıradan çıxarılması komanda-idarəetmə zəncirində boşluqlar yaradacaq.

Hətta təyyarələrin bir hissəsi yalnız zədələnmiş olsa belə, onların texniki baxışa və təmirə göndərilməsi donanmanın sıxlığını azaldacaq, qalan resurslara və texniki heyətə əlavə yük yaradacaq. Bu isə Rusiya Hərbi-Kosmik Qüvvələrinin döyüş qabiliyyətinə sistemli təsir edə bilər.

Ukraynanın belə bir əməliyyatı uğurla həyata keçirməsi onun uzaqmənzilli zərbə qabiliyyətlərinin artdığını və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin dərin arxa cəbhədə də yetərsiz olduğunu göstərir. Bu, Kremlin “dərin arxa cəbhədə” təhlükəsizliklə bağlı tezislərini sarsıdır. Bu əməliyyatın unikallığı ondan ibarət idi ki, pilotsuz təyyarələr Ukraynadan idarə edilmirdi, yük maşınları ilə gizli şəkildə aerodromlara yaxınlaşdırılaraq qısa məsafədən hədəflərə doğru buraxılırdı. Eyni zamanda, dronlar süni intellekt tərəfindən idarə olunurdu və hədəfi müstəqil olaraq seçirdi.

Eyni zamanda, bu cür uğurlu əməliyyat Ukrayna cəmiyyətində qələbə rəmzi və ölkənin təhlükəsizlik və müdafiə strukturlarının effektivliyinin göstəricisi kimi qəbul olunur. Prezident Volodimir Zelenskinin bu əməliyyatı “tarix kitablarına düşəcək parlaq nəticə” adlandırması da məhz bu kontekstdə dəyərləndirilməlidir. Ən əsası, böyük itkilər barədə xəbərlər Rusiya hərbçilərinin, xüsusən də strateji aviasiya uçuşlarının istismarı və dəstəklənməsi ilə bilavasitə iştirak edən bölmələrin şəxsi heyətində mənəvi-psixoloji təsir doğura bilər.

Strateji aviasiyanın zəifləməsi Rusiyanı ballistik və qanadlı raketlərə, kamikadze dronlara və digər zərbə vasitələrinə daha çox arxalanmağa məcbur edə bilər. Lakin strateji bombardmançıların eyni anda onlarla raket buraxmaq qabiliyyəti hələ də unikal olaraq qalır. Bundan əlavə, bu təyyarələr Rusiyanın nüvə triadasının (üçlüyünün) hava komponentinə daxildir. Mütəxəssislərin fikrincə, onların zəifliyinin üzə çıxarılması Rusiyanın strateji təhlükəsizlik təfəkkürünə də təsir edə bilər.

Bu addım Ukraynanın Rusiya hücumlarına cavab olaraq döyüşləri öz ərazisinə keçirməklə və həssas hərbi hədəfləri vurmaqla Rusiyaya “asimmetrik” zərər vurmaq strategiyasının bir hissəsidir. Bundan başqa, Ukraynanın belə uğurlu əməliyyatları Qərb tərəfdaşları üçün hərbi yardımın davam etdirilməsi və genişləndirilməsi lehinə arqument ola bilər. Çünki bu əməliyyat Ukraynanın resurslardan səmərəli istifadə etmək və mühüm nəticələr qazanmaq qabiliyyətini nümayiş etdirir. Dünya görür ki, Ukrayna xüsusi xidmət orqanları XXI əsr müharibəsi aparır və nəticəni kəmiyyətlə deyil, keyfiyyətlə qazanırlar.

Nəticə etibarilə, Ukraynanın bəyan etdiyi itkilər real təsdiqini taparsa, bu əməliyyat Rusiya aviasiyasına və onun strateji hücum qabiliyyətinə yönəlmiş ən mühüm zərbələrdən biri kimi tarixə düşəcək. Bu hadisə həm hərbi əməliyyatların gələcək gedişinə, həm də strateji planlaşdırmaya ciddi təsir göstərə bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri