Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Pirallahıda ağacəkmə aksiyası və konfrans keçirilib FOTOLAR

Pirallahıda ağacəkmə aksiyası və konfrans keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

8 may 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektiv üzvləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Konfransdan əvvəl Pirallahı qəsəbəsinin girişində yerləşən körpü yaxınlığında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 150 ədəd ağac və gül kolu əkilib, ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması istiqamətində tədbirlər həyata keçirilib. Bununla yanaşı, Rayon İcra Hakimiyyətinin dəstəyi və Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə xeyriyyə aksiyası baş tutub. Aksiya çərçivəsində şəhid övladlarına, Vətən müharibəsi iştirakçılarının övladlarına və aztəminatlı ailələrə geyim yardımları təqdim olunub. Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon Komitəsi eyni zamanda iməcilik aksiyası təşkil edərək ərazidə təmizlik işləri aparıb.

Daha sonra RİH başçısı və qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. İştirakçılar daha sonra Pirallahı Gənclər Evində təşkil olunmuş “4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş etdirilib. 

Tədbirdə ilk olaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov çıxış edərək, qeyd edib ki, Azərbaycan Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi dayağıdır. Bu sənədin hazırlanması və qəbul prosesi bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib və bu, onun dövlətçilik tariximizdəki əvəzsiz xidmətlərinin göstəricisidir. O əlavə edib ki, Konstitusiyanın hüquqi mexanizmləri bu gün də ölkədə sabitliyin, vətəndaş hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. 

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov qeyd etmişlər ki, Konstitusiya hüquqi dövlətin, vətəndaş cəmiyyətinin və siyasi sabitliyin əsas təminatçısı olmaqla yanaşı, xalqın iradəsini ifadə edən mühüm hüquqi sənəddir. Bildirilmişdir ki, Konstitusiyanın hər bir maddəsində Ulu Öndər Heydər Əliyev ideyalarının izləri aydın şəkildə görünür və bu sənəd gənc nəslin milli dəyərlərə sadiq ruhda formalaşmasında mühüm rol oynayır.

Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib. O, 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının tarixi rolundan və sonrakı illərdə həyata keçirilən təkmilləşdirmələrdən danışıb. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu sahədə həyata keçirilən tədbirlərə xüsusi aktuallıq qazandırıb. Vasif İmanov bildirib ki, rayon üzrə tədbirlər planı çərçivəsində bu günə qədər 5 tədbir, 3 ağacəkmə aksiyası, 2 xeyriyyə aksiyası və müxtəlif idman yarışları təşkil olunub. O, vətəndaşların konstitusiyaya hörmət və bağlılığını gücləndirməyə yönəlmiş bu tədbirlərin davamlı olacağını da qeyd edib. RİH başçısı çıxışı zamanı il ərzində əldə olunan nailiyyətlərdən də söz açaraq bildirdi ki, yerli icra hakimiyyəti orqanları arasında xidmətlərin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi zamanı Pirallahı Rayon İcra Hakimiyyəti ən yüksək göstəricilər əldə edərək, 2023 və 2024-cü illərdə, ardıcıl iki il birinci yerə layiq görülmüş və mükafatlandırılmışdır. Həmçinin 2024-cü ildə yerli icra hakimiyyəti orqanları arasında yalnız Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərin reytinqi 4 ulduzla qiymətləndirilmişdir. O da vurğulandı ki, Dövlət Nəzarəti İnformasiya Sistemi üzrə 01.03.2025-ci il tarixinə Pirallahı Rayon İcra Hakimiyyəti tapşırıqların yerinə yetirilməsi üzrə yerli icra hakimiyyətlərinin icra göstəricilərinin müqayisəsində 98,79% nəticə ilə ilk yerdədir.

Rəsmi hissənin sonunda rayonun ictimai həyatında fəal iştirakları ilə seçilən bir sıra şəxslərə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, Rayon Ağsaqqallar Şurasının bir neçə üzvünə mükafatlar, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olunmuş şəxslərə isə partiya biletləri təqdim olunub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2024-cü il tarixli  Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qasımov Adəm Həsən oğluna “Tərəqqi” medalı təqdim olunmuşdur. 

Bununla da sona çatan rəsmi hissədən sonra bədii hissə açıq elan edilmişdir. Təhsil və mədəniyyət müəssisələrinin yetirmələri tərəfindən şeirlər, mahnılar səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmişdir. Tədbir, iştirakçılarının xatirə şəkli çəkdirməsi ilə başa çatmışdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri