Icma.az
close
up
RU
Pirallahıda növbəti ümumrayon tədbiri keçirilib FOTOLAR

Pirallahıda növbəti ümumrayon tədbiri keçirilib FOTOLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

28 noyabr 2024-cü il tarixdə Pirallahi Rayon icra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində “Yaşıl-dünya-sağlam həyat” başlıqlı ümumrayon tədbiri keçirilib. 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Azər Zeynalov,  Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, RİH başçısı Aparatının və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin, idarə-müəssisə, təşkilatların rəhbərləri, məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin kollektivləri, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini əks etdirən video-çarx nümayiş etdirilib.

Tədbiri başçının birinci müavini Vəzir Səfixanov giriş nitqi ilə açaraq iqlim dəyişikliyinin yalnız ekosistemi deyil, həm də insanların sağlamlığını təhdid edən ciddi bir problem olduğunu vurğulayıb. Bildirilib ki, iqlim dəyişikliyi, atmosferdəki qazların artması, təbii resursların tükənməsi və ekosistemlərin pozulması kimi bir çox amilin nəticəsidir. Bu səbəbdən, iqlim dəyişikliklərinin insanların fiziki və zehni sağlamlığına necə təsir etdiyini dərindən başa düşmək vacibdir. Natiq, ölkəmizdə yaxın günlərdə uğurla keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından bəhs edərək ölkəmizin COP29 kimi dünyanın mühüm tədbirlərindən birinə ev sahibliyi etməklə növbəti dəfə adını beynəlxalq aləmdə yaxşı mənada hallandırdığını vurğuladı. O da qeyd edildi ki, belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycana olan beynəlxalq etimadın təzahürüdür. Prezident İlham Əliyevin bu möhtəşəm tədbirin uğurla təşkil olunmasında göstərdiyi liderlik, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə və qlobal iqlim müzakirələrində Azərbaycanın aparıcı rolunun güclənməsinə böyük töhfə vermişdir. V.Səfixanov nitqinin sonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində rayonumuzda görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Azər Zeynalov il ərzində müəssisə tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd edildi ki, müvafiq dövr ərzində bir çox ağacəkmə aksiyaları keçirilmiş, idman yarışları, maarifləndirici aksiyalar təşkil olunmuşdur. O da vurğulandı ki, tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. 

Yekun olaraq, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Nabatova çıxış edərək, iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin geniş və mürəkkəb bir mövzu olduğunu və bunun, fiziki, psixoloji və sosial sağlamlığa ciddi təsir göstərə biləcəyini vurğulayıb. Qeyd edilib ki, iqlim dəyişikliyi ilə bağlı baş verən temperatur artımları, ekstremal hava hadisələrinin artması insanların fiziki sağlamlığına mənfi təsir göstərir. Temperaturun artması ilə əlaqəli olaraq istilik vurması, dəhşətli isti hava dalğaları xüsusilə yaşlılar, uşaqlar və ürək-damar xəstəlikləri olan şəxslər üçün təhlükəli ola bilər. Həmçinin, yüksək temperatur infeksiyaların yayılmasını da təşviq edir. Həddən artıq isti hava insanın immun sistemini zəiflədir və bu da müxtəlif infeksiyaların artmasına səbəb ola bilər. Eyni zamanda, hava çirkliliyinin artması ilə əlaqəli olaraq, tənəffüs xəstəliklərinin yayılması da müşahidə edilir. Bu xüsusilə şəhər ərazilərində, avtomobil və sənaye tullantılarının havada yüksək səviyyədə olduğu yerlərdə daha çox nəzərə çarpır.

Çıxışların yekunlaşmasından sonra tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri