Pirallahıda əməliyyat: keçmiş məhkum 42 kq narkotiklə saxlanılıb
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb.
Sözügedən şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İranlının 42 kilo narkotiki Pirallahıda tapıldı Baş İdarədən ƏMƏLİYYAT VİDEO
25 İyul 2025 17:04
Baş idarədən ƏMƏLİYYAT: Keçmiş məhkum 20 kiloqram narkotiklə ƏLƏ KEÇDİ
04 Aprel 2025 16:53
Keçmiş məhkum 6 kq narkotiklə tutulub
06 Yanvar 2025 16:27
Keçmiş məhkum 7 kq narkotiklə tutulub
21 İyun 2025 11:47
Pirallahıda ev yanıb
06 Yanvar 2025 09:57

