İranlının 42 kilo narkotiki Pirallahıda tapıldı Baş İdarədən ƏMƏLİYYAT VİDEO
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Pirallahı rayonunda əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 50 yaşlı Pirallahı rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb. Ondan 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Maqsud Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















