Şəhidlərə həsr edilən “Yaşamaq gözəldir, Vətən sağ olsun!” adlı kitabın təqdimatı olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Salyan, 19 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyanda Təyyar Nəsirlinin şəhidlərə həsr olunan “Yaşamaq gözəldir, Vətən sağ olsun!” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra şəhidlərlə bağlı videoçarx nümayiş etdirilib.
Bildirilib ki, kitab 364 səhifədən ibarətdir və bir nəfəri Aprel şəhidi olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatlarında canlarını qurban verən 70 salyanlı şəhiddən bəhs olunur.
Təqdimat mərasimində şəhid ailələrinə kitab hədiyyə edilib.
Qeyd edək ki, bu nəşr Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü olan Təyyar Nəsirlinin salyanlı şəhidlər haqqında yazdığı sayca beşinci kitabdır.
Baxış sayı:117
Bu xəbər 19 Sentyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















