Icma.az
close
up
RU
Pirotexniki vasitələri evdə saxlamaq təhlükəlidir SƏBƏBLƏR

Pirotexniki vasitələri evdə saxlamaq təhlükəlidir SƏBƏBLƏR

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bayramqabağı bazarda pirotexniki vasitələrin yayıldığını görürük. Bu cür vasitələrin satışı qanunla qadağan olsa da, bəzi işbazlar onları ölkəyə qeyri-qanuni yolla gətirirlər. Partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən görülən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, son günlərdə paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Səbail, Xətai rayonları, həmçinin Sumqayıt şəhəri, Abşeron, Tovuz, Füzuli, Goranboy, Tərtər, Gədəbəy, Biləsuvar, Şəmkir, Ağstafa, Sabirabad, Beyləqan və Ağdamda keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən 31 nəfər müəyyən olunub. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb. Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Pirotexniki vasitələrdən istifadənin hansı təhlükələri var? 
Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a danışıb. O, açıqlamasında bildirib ki, bayram günlərində daha çox uşaqlar və yeniyetmələr bu cür vasitələrdən istifadə edirlər:

“Onlar buna əyləncə kimi yanaşırlar. Pirotexniki vasitələr insan sağlamlığı üçün zərərlidir. Çünki onların tərkibində orqanizm üçün təhlükəli maddələr var. Pirotexniki vasitələr ətraf mühitə də ziyan vurur. Bunun da səbəbi daha çox kustar üsullarla hazırlanmasıdır, buna görə də ölkəyə daxil edilməsi, istifadəsi qadağandır. Bu qaydada hazırlanan pirotexniki vasitələrin tərkibi naməlumdur. Üzərində nə istehsal tarixi, nə də yararlılıq müddəti göstərilir. Sertifikatı olmur, çünki iri istehsal müəssisəsində leqal qaydada istehsal edilməyib. Belə olan halda onun tərkibində partlayıcı maddənin miqdarı normadan artıq da ola bilər. Bu da partlayan zaman insanın xəsarət almasına, əlini, ayağını, üzünü yandırmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, qanunsuz dövriyyə edilən pirotexniki vasitələr haqqında hər il mətbuatda xəbərlərə rast gəlinir: 
“Dövlət Gömrük Komitəsi hər il pirotexniki vasitələrin ölkəyə qeyri-qanuni yollarla gətirilməsi faktlarını açıqlayır. Bununla yanaşı, hər il pirotexniki vasitələrin səbəb olduğu bədbəxt hadisələri də eşidirik. Uşaqlar yaralanır, onlarda ağır travmalar, yanıq xəsarətlərinin izi qalır. Daha bir fakt isə odur ki, bu vasitələri bəzi insanlar alıb evdə saxlayırlar. Tərkibindəki barıt istiliyə, günəş işığını məruz qalarsa partlaya bilər. Bu da bütün ailə üçün faciəyə gətirib çıxara bilər. Unutmamalıyıq ki, pirotexniki vasitələr əyləncə deyil, insanın həyat və sağlamlığına ciddi təhlükə törədə bilən faktordur”.
Törə Zeynallı
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri