Pirşağı Novxanı Xırdalan M4 avtomobil yolunun tikintisi davam edir
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.
XQ AAYDA-ya istinadən xəbər verir ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Ümumilikdə, layihə üzrə fiziki tərəqqi təxminən 51 faiz təşkil edir. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Tərtib edilmiş iş qrafikinə uyğun olaraq, layihənin vaxtında tamamlanması məqsədilə ərazi üzrə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub.
Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı–Şamaxı–Yevlax avtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq.
Müşfiq Mirzə
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 Sentyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















