Pirşağı Novxanı Xırdalan M4 avtomobil yolunun tikintisi üzrə işlər açıqlanıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolu boyunca 25 qovşaq və körpü, 2 tunel inşa ediləcək.
Bu barədə Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Mılumata görə, uzunluğu 29 kilometr olan avtomobil yolu 1A texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub. 3 körpünün tikintisi üzrə 80 %, 1 körpü üzrə 90 %, 3 qovşaq körpüsü üzrə 70 %, 1 tunelin tikintisi üzrə isə 30 % iş yerinə yetirilib.
Həmçinin layihədə 7 düzbucaqlı keçidin, 33 dairəvi və müxtəlif diametrli boruların, həmçinin drenaj quyuların tikintisi, müxtəlif ölçülü drenaj borularının və yol boyunca ehtiyat keçid boruların quraşdırılması işləri həyata keçirilir. Hazırda layihə üzrə yolun tikintisi altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.
Bundan başqa layihə boyu 6 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yarasız qruntun yararlı material ilə əvəzlənməsi), 4 km-lik hissədə əsasın alt, üst laylarının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi, 2,250 m3 çiyinlərin bərkidilməsi işləri yerinə yetirilib.
Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















